Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : Alim və Fərqanə Qasımovlar Almaniyada konsert veriblər

  Sayta qoyulub: 15:53 23.08.2010 (319 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Alim və Fərqanə Qasımovlar Almaniyada konsert veriblər

Azərbaycanın dünya şöhrətli xanəndəsi, xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Almaniyadan qayıdıblar. Səfər barədə Lent.az-a təəssüratlarını bölüşən Alim Qasımov bildirib ki, onlar Almaniyanın Osnobruq şəhərində keçirilən Morgenland festivalına qatılıblar.

Festival çərçivəsində xanəndələrimiz iki konsert proqramı ilə çıxış ediblər: “Biz keçən il də o festivala qatılmışdıq. Bu mötəbər festival artıq neçə illərdir keçirilir. Hətta keçən il konsertdən birbaşa yazılmış disk də buraxıblar. Bu il də həmin festivala dəvət aldıq və məmnuniyyətlə getdik. İlk çıxışımız bir neçə ölkənin musiqiçilərindən ibarət Simfonik Orkestrlə oldu. Onların müşayiətilə iki mahnı ifa etdik. Orkestrin dirijoru Cənubi Azərbaycandan idi, bizim musiqiləri də o aranjeman etmişdi. Bir neçə gündən sonra isə öz musiqiçilərimizlə konsert verdik. Çıxışımız böyük heyranlıqla qarşılandı”.

Alim Qasımovun sözlərinə görə, səfər zamanı Fərqanə Qasımovaya bir təklif də olunub: “İslam musiqisiylə bağlı Firəngiz Əlizadəyə musiqi sifariş olunub. Onu Fərqanənin ifa etməsini istəyirlər. Danışıqlar bitəndən sonra layihə barədə daha ətraflı danışmaq mümkün olacaq”.

Muğam ifaçısı sentyabr ayında Londona da səfərinin planlaşdırıldığını vurğulayıb. Sentyabrın 18-də baş tutacaq bu səfər zamanı da xanəndə qızı Fərqanə Qasımova ilə birgə çıxış edəcək.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829