Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



KRİMİNAL : Bakıda 71 bıçaq zərbəsi ilə törədilən qətlin təfərrüatı bəlli oldu

  Sayta qoyulub: 14:08 23.08.2010 (312 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 71 bıçaq zərbəsi ilə törədilən qətlin təfərrüatı bəlli oldu

Baş Prokurorluq Bakının Yasamal rayonunda baş vermiş qətlin təfərrüatlarını açıqlayıb. Qurumun mətbuat xidmətindən MİA verilən məlumata görə, 22 avqust 2010-cu il tarixdə saat 01:20 radələrində Bakı şəhər sakini Allahverdiyev İsmayıl Nuruş oğlunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, ev 2, mənzil 10-da qəsdən öldürülməsi barədə Yasamal rayon Polis İdarəsindən rayon Prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında rayon Prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb.

İlkin araşdırmalarla müəyyən edilib ki, avqustun 22-də saat 00:40 radələrində 1974-cü il təvəllüdlü, Bakı şəhər sakini, işləməyən Yəhyayev Faiq Əliağa oğlu, 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Bayramov Habil Fətəli oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qohumu, 1952-ci il təvəllüdlü, Biləcəri Enerji Təchizatı və Enerji Satışı sahəsinin rəisi Allahverdiyev İsmayıl Nuruş oğlunu tamah məqsədilə qəsdən öldürmək niyyətilə onun yaşadığı mənzilə gəliblər. Onlar özlərində olan bıçaqla bədəninin müxtəlif nahiyyələrinə, o cümlədən 25-i döş boşluğuna və 1-i qarın boşluğuna olmaqla, cəmi 71 zərbə vurmaqla xüsusi amansızlıqla İ. Allahverdiyevi qəsdən öldürüblər. İsmayıl Allahverdiyevin səsinə həmin binada yaşayan qohumları gəlib mənzildə kənar şəxslərin olduğunu başa düşərək onlardan mənzilin giriş qapısını açmağı tələb etməklə bu barədə dərhal polisə məlumat veriblər. Bu zaman Habil Bayramov ifşa olunacağını başa düşərək məsuliyyətdən yaxa qurtarmaq üçün özünü 5-ci mərtəbədə yerləşən həmin mənzilin pəncərəsindən atıb, lakin ağır dərəcəli bədən xəsarətləri aldığından düşdüyü yerdən qalxıb qaça bilməyib. Polis əməkdaşları qapını sındıraraq mənzilə daxil olduqdan sonra İsmayıl Allahverdiyevin meyiti aşkar edilib, Faiq Yəhyayev isə mənzildə cinayət başında yaxalanıb.
Habil Bayramov dərhal təcili tibbi yardım xidməti tərəfindən xəstəxanaya çatdırılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.
F.Yəhyayev şübhəli şəxs qismində dindirilərkən hadisəni tamah məqsədilə törətdiyini etiraf edib.

Hazırda iş üzrə istintaq Yasamal rayon prokurorluğunda davam etdirilir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#KRİMİNAL bölümünün son 20 xəbəri:



#KRİMİNAL bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829