Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



KRİMİNAL : Balakən sakini polis mayoruna verdiyi rüşvəti geri almaq istəyir

  Sayta qoyulub: 13:59 23.08.2010 (368 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən sakini polis mayoruna verdiyi rüşvəti geri almaq istəyir

Balakən rayonu Sarıbulaq kənd sakini Mustafayev Rafiq Məhərrəm oğlu polis dələduzluğu ilə üzləşib. Bu barədə MİA-ya Rafiq Mustafayev məlumat verib.

Həyətində çətənə kolu əkməkdə günahlandırılan Rafiq Mustafayevi həbs etmək əvəzinə Balakən rayon Polis Şöbəsinin keçmiş əməkdaşı, polis mayoru Məhiyyəddin Musayev ondan 6500 manat alaraq «işi» ört-dasdır etdirib. Amma bununla iş bitməyib. Üzləşdiyi haqsızlıqlarla bağlı Rafiq Mustafayev hüquq-mühafizə orqanlarının rəhbərlərinə, prezident İlham Əliyevə və kütləvi informasiya vasitələrinə müraciət edib.

Müraciətdə bildirilir ki, 04.05.2009-cu ildə saat 9 radələrində Rafiq Mustafayevin həyətində narkotik maddə axtarışına gələn polislər axtarış zamanı 30 ədəd narkotik şitil tapıblar.
Narkotik şitillərdən heç bir xəbərinin olmadığını deyən şikayətçi qeyd edir ki, həmin şitilləri Məhiyyəddin Musayev gecə ikən kənddəki adamları vasitəsilə həyətdə əkdirib.
«İşi ört-basdır etmək üçün Məhiyyəddin Musayev məndən 6500 manat pul aldı. Həmin pulu mən ona dayım Abdulla Xəlilovun vasitəsilə iki dəfədə vermişəm. Mən pulu Məhiyyəddin Musayevə çatdırandan sonra o, saxta sənəd hazırladı. Sənəddə göstərilir ki, guya narkotik şitilin toxumunu anam bilmədən əkib. Yəni bazardan süpürgə toxumu alıb və onun içərisində çətənə kolunun toxumu çıxıb.
Sonradan bildim ki, Məhiyyəddin Musayev Balakən rayon Polis Şöbəsində deyil, Qax rayon Polis Şöbəsində işləyir. Təsəvvür edirsiniz, Qax polisi Balakəndə narkomaniyaya qarşı «mübariz»ə aparır».

Rafiq Mustafayev bildirir ki, polis mayoru Məhiyyəddin Musayev ondan pul alıb işi bağlayandan sonra onu Balakən rayon Polis Şöbəsinə çağırıblar: «Şöbədə də işi bağlamaq üçün məndən pul istədilər».

Aldanıldığını deyən Rafiq Mustafayev hazırda Məhiyyəddin Musayevdən pulunu tələb edir: «Mən kasıb Adamam, Qarabağ əliliyəm. Faizlə borca pul götürmüşəm. Hələ də borcumu verib qurtara bilməmişəm. Məhiyyəddin Musayev mənim pulumu verməsə, başqa vasitələrə əl atmaq məcburiyyətimdə qalacam».

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#KRİMİNAL bölümünün son 20 xəbəri:



#KRİMİNAL bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829