Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İDMAN : Bakı Tennis Akademiyasının açılış mərasimi olub

  Sayta qoyulub: 19:57 05.05.2009 (1956 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Tennis Akademiyasının açılış mərasimi olub

Mayın 5-də Bakı Tennis Akademiyasının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Mehriban xanıma gül dəstəsi təqdim olundu. Prezident İlham Əliyev və xanımı mərasimdə iştirak etmək üçün xarici ölkələrdən gəlmiş qonaqlarla və Azərbaycanın idman ictimiyyətinin nümayəndələri ilə görüşdülər. Azərbaycan Tennis Akademiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov mərasimdə iştirak edən Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişevi, gürcüstanlı məşhur tennisçi Leyla Mesxini və Xorvatiyadan olan nümayəndələri dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev Bakı Tennis Akademiyasının açılışını bildirən lenti kəsdi.
Sonra yeniyetmə tennisçilərin nümunəvi çıxışları təqdim olundu.
Dövlətimizin başçısına məlumat verildi ki, mayın 5-dən 10-dək bu kompleksdə yeniyetmələr arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr olunan tennis turniri keçiriləcəkdir. Belə bir kompleksin tikilməsi və yarışın keçirilməsi göstərir ki, Azərbaycanda idmanın bu növünə də böyük maraq vardır.
Bildirildi ki, ilk dəfədir Azərbaycan paytaxtında Tennis Akademiyası inşa olunur. 2008-ci ilin martında Bakının 8-ci mikrorayonunda tikintisinə başlanmış akademiyanın ərazisi 2,7 hektardır. Mərkəzi kort da daxil olmaqla, komlpleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Burada avadanlığı İtaliyadan gətirilmiş iri tutumlu su anbarı, nasos stansiyası, elektrik idarəetmə otağı və transformator yarımstansiyası tikilmişdir. Bu qurğular akademiyanın su və elektrik enerjisi ilə etibarlı təmin olunmasına imkan verəcəkdir.
Dövlətimizin başçısı qapalı məşq kortlarına baxdı, burada yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, Bakı Tennis Akademiyasının müasir tələblərə cavab verməsini təmin etmək məqsədi ilə kortların tikintisi, qurğu və avadanlığın quraşdırılması zamanı yerli və xarici mütəxəssislərin gücündən istifadə olunmuşdur. Bu işdə Avropada yaxşı tanınmış, acıq və qapalı kortların, idman meydançaları və komplekslərin tikintisində xüsusi təcrübəsi olan Xorvatiyanın “Concept-90” şirkətinin son texnologiyalar əsasında istehsal etdiyi örtüklərdən istifadə edilmişdir.
Burada gənclər peşəkar mütəxəssislərin köməyi ilə tennisin sirlərinə yiyələnəcəklər. Akademiyada xaricdən dəvət olunmuş məşqçilər dərs deyəcəklər. Uzunluğu 126 metr, eni 36 metr olan və 407 nəfər tamaşaçı tutan qapalı zalda beynəxalq standartlara cavab verən şərait yaradılmışdır. Kortların hər birinin sahəsi beynəlxalq standartlara uyğun olaraq 670 kvadratmetrə bərabərdir. İlin bütün fəsillərində burada yerli və beynəlxalq yarışların və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılmışdır.
Dövlətimizin başçısı burada yeniyetmə tennişçilərin oyununu izlədi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin ərazisindəki kafedə yaradılan şəraitlə də tanış oldular. Dövlətimizin başçısı Bakı Tennis Akademiyasının maketinə və baş planına baxdı. Bildirildi ki, gələcəkdə akademiyanın ərazisi daha da genişləndiriləcək, burada yeni binalar inşa olunacaqdır. Sonra Bakı Tennis Akademiyasının gələcək görüntülərindən ibarət videoçarxın nümayişi oldu.
Prezident İlham Əliyevə akademiyanın ərazisində aparılacaq tikinti işləri barədə də məlumat verildi. Bildirildi ki, beynəlxalq standartlara cavab verən və Avropada ən müasir komplekslərdən olan Bakı Tennis Akademiyasının ərazisində idman hovuzu və məşq zalı bu ilin sentyabrında istifadəyə veriləcəkdir. Yaxın gələcəkdə isə yeddimərtəbəli, dördulduzlu mehmanxana və ümumi sahəsi 2510 kvadratmetr olacaq 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa ediləcəkdir. Stadionda tennis ilə yanaşı, voleybol, mini futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçiriləcəkdir.
Bakı Tennis Akademiyası ilə tanışlıqdan sonra dövlətimizin başçısı tikintidə iştirak edən inşaatçılarla görüşdü.
İnşaatçıları təbrik edən Prezident İlham Əliyev dedi: Çox gözəl obyekt tikmisiniz. Ən yüksək standartlara cavab verir. Həm idman üçün, həm insanların sağlamlığı, dincəlməsi üçün bütün şərait var. Çox şadam ki, bu gözəl işləri yerli şirkət görüb. Bu onu göstərir ki, Azərbaycanda müasir, güclü sənaye və tikinti potensialı var. Əvvəllər belə işlərlə xarici şirkətlər daha çox məşğul idi. Belə gözəl obyektləri onlar tikirdilər. İndi yerli şirkətlər, yerli iş adamları, yerli fəhlələr həm işlə təmin olunurlar, həm də gözəl memarlıq əsərləri yaradırlar. Buna görə sizə minnətdaram. Çox yaxşı işləmisiniz. Gələcəkdə Azərbaycanda işlər çox olacaq. Hazırlaşın, növbəti obyektlərin tikintisində fəal iştirak etmək üçün imkanlarımız var. Bir daha təbrik edirəm.
Dövlətimizin başçısı Bakı Tennis Akademiyasında yaradılmış şəraitdən, habelə ərazidə aparılmış yenidənqurma və abadlıq işlərindən razılığını bildirdi, tövsiyələrini verdi.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İDMAN bölümünün son 20 xəbəri:



#İDMAN bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031