Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : Röya və Zamiq Lənkəranda çaxnaşmaya düşüblər

  Sayta qoyulub: 14:55 20.08.2010 (499 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Röya və Zamiq Lənkəranda çaxnaşmaya düşüblər

“Doğma diyar” ölkə üzrə konsert turu çərçivəsində pop ulduzlar Röya və Zamiq 19 avqustda Lənkəran şəhərində Mərkəzi meydanda açıq havada konsert proqramı ilə çıxış ediblər. Bu dəfə də konsertdə Samir Bayramlı və Sevinc Ağaşirinova aparıcılıq missiyasını yerinə yetirib. 12 mindən çox tamaşaçının izlədiyi konsertdə sənətçilər Röya və Zamiqi heyrətə salan məqamlar olub. Tamaşaçı izdihamı konsertin sonuna qədər davam edib və insanlar öz sevdikləri müğənnilərini görməkdən ötrü səhnənin önündə əsl çaxnaşma yaradıblar.

İki saat yarımlıq proqramı Lənkəran rayon icra hakimiyyətinin nümayəndələri də izləyiblər. Layihənin və “Ulduz” prodakşnın rəhbəri Kənan Bayramov açıqlamasında problemli məqamlara da toxunub: “Bu qədər gözəl konsert təəssüf ki, işinin öhdəsindən gələ bilməyən məsul şəxslərin səyi nəticəsində pərakəndəliyə məruz qaldı. Onlar İcra hakimiyyəti rəhbərinin göstərişinə əməl etmədikləri üçün təşkilati işlər aşağı səviyyədə idi. Biz istəyirdik ki, Lənkəranda bir neçə gün qalaq, lakin vəziyyətdən çıxış yolunu konsert bitdikdən sonra evə gəlməkdə gördük”.

Qeyd edək ki, konsert turu 12 iyul tarixində Qubada başlayıb və artıq Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli şəhərlərində keçirilib. Azərbaycanın 15 bölgəsində keçirilən “Doğma diyar” konsert turunun “NarMobile” tərəfindən sponsorluğu bu brendin ölkə ərazisində abunəçilərinə ən uyğun qiymətlər və keyfiyyətli xidmətlər təqdim edən mobil operatoru kimi populyarlığına işarə edir. Konsertlərdə iştirak edən sakinlər NarMobile-dan bir çox bonus qazanmaq imkanı və yeni kampaniyalar haqqında məlumat əldə edirlər. Belə ki, NarMobile abunəçiləri kampaniya müddətində 2222 nömrəsinə zəng edərək, cəmi 1 AZN ödəməklə, şəbəkədaxili 25 dəqiqə, 25 SMS və 25 MB İnternet trafik əldə edə bilirlər. Konsert zamanı SMS viktorinada iştirak edən və sualın düzgün cavabını 1111 nömrəsinə göndərən abunəçilər mobil telefonları qazanmaq şansını əldə edirlər.

“Nar Mobile”ın sponsorluğu, “Ulduz” prodakşnın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə ilə keçirilən “Doğma diyar” layihəsinin informasiya dəstəyi “RÖYA” jurnalına, eksklüziv yayım hüququ isə “LİDER TV”-yə məxsudur.

Növbəti konsert avqustun 23-də Yevlaxda olacaq.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829