Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : Prodüser: “İlhamə Quliyevanın köməkçisi məni ölümlə hədələyib”

  Sayta qoyulub: 12:00 18.08.2010 (387 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser: “İlhamə Quliyevanın köməkçisi məni ölümlə hədələyib”

Adı hər zaman qalmaqallarda hallanan, "Avropa prodüseri" kimi tanınan Sultan Mustafayev "milli.az" saytına müsahibəsində bəzi sənətçilər haqqında yenə qalmaqallı fikirlər söyləyib.

Prodüser ilk olaraq əməkdar artist Sevda Ələkbərzadənin ifa tərzinin ona çatmadığını deyib: "Sevda Ələkbərzadənin ifası mənə çatmır. Əlləri ilə gic-gic hərəkətlər edir".

Daha sonra "Tünzalə Ağayevanı mən populyarlaşdırdım" - deyən prodüser əməkdar artistlə aralarında yaşanan xoşagəlməz olaydan da danışdı: "Tünzaləni xaricdə konsertlərə aparanda deyirdim ki, xalq mahnılarını belə oxumayın. Bu milli musiqimizə təhqirdi. Onu məşhurlaşdırdım. O, isə bir müddət keçəndən sonra müsahibələrinin birində məni tanımadığını söylədi. Müsahibəsini oxuyandan sonra Tünzalənin əlaltısı Yalçına zəng elədim, sözümü ona dedim. Onsuz da Tünzalə şou-biznesə ailə problemi ilə gəlib. Yəni insanları əvvəlcə ailə söhbətləri ilə cəlb edib, sonra sənət göstərib. Üstəlik, Tünzalə Ağayeva efirdə olduqca qeyri-səmimi görünür. Çıxır efirə deyir ki, mən millət vəkili olmaq istəyirəm. Ondan millət vəkili olar?!"

"Nüşabə Ələsgərliyə toy müğənnisi kimi baxıram"- söyləyən Sultan Mustafayev "Azərbaycanda bu gün şou-biznesin 90 faizi toylar üzərində qurulub"- deyir: "Qalmaqallar isə qaçılmazdır. Mən artıq həmkarlarımın mənə hədə-qorxu gəlirlər. Amma mən artıq buna alışmışam. Hətta bu ilin yanvarında İlhamə Quliyeva ilə ciddi qalmaqalım oldu. Bu söhbətlər hətta dövlət orqanlarına qədər gedib çıxmışdı. İlhamə Quliyevanın mətbuat katibi mənə hədə-qorxu gəlirdi ki, səni öldürəcəyik, başını kəsəcəyik. Hətta indi də İlhamə xanımın mətbuat katibinin mənə yazdığı mesajlar və diktafondakı səsini saxlayıram. Bu İlhamə xanımın yox, köməkçisi Faiq Ələkbərlinin işi idi. O, İlhamə xanımın adından danışırdı. Mən də İlhamə xanımın birbaşa özü ilə danışdım. İlhamə xanım da söhbəti başqa tərəfə yozdu… Faiq Ələkbərli mart ayında zəng elədi, mənə bildirdi ki, arada anlaşılmazlıq olub. Amma İlhamə xanımla hələ də küsülüyük. Mən deyərdim ki, həmin söhbətdə İlhamənin günahı yox idi".

Sən demə, Sultanı yeddi ildir küsülü olduğu həmkarı Tolik - Tarix Əliyev də ölümlə hədələyib: "Tolik mənə daydaylarının olması ilə hədə-qorxu gəlirdi. Deyirdi ki, səni öldürtdürəcəyəm. Bu adam hər zaman haqqımda xoşagəlməz şayiələr yayır, arxamca "torba tikir". Toliki özümə rəqib görmədiyimə görə, onun sözlərinə, əməllərinə reaksiya vermirəm. O, şou-biznesin prodüseri yox, fəhləsidir".

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829