Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Firuz Mustafa : Virtual arvad

  Sayta qoyulub: 17:01 09.08.2010 (895 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

(monohekayə)

Hərəmizə bir kompüter veriblər. İş yerində işsizlikdən darıxanda keçirik monitorun arxasına. Başlayırıq özümüz üçün müxtəlif "oyunlar" oynamağa. Mənim kompüterim internetə qoşulub. Boş vaxtım olan kimi kompüterə "girib" azarımı "öldürürəm".
Əgər xəbəriniz varsa, kompüterdə, yəni internetdə, "tanışlıq" xidməti fəaliyyət göstərir. Mən həmin xidmət növünü xoşlayıram. Daha doğrusu, əvvəllər xoşlayırdım. ə üçün məhz "əvvəllər?"- bir azdan bu suala müfəssəl cavab ala biləcəksiniz...
Bəli, mən çox adamlarla tanış olmuşam. Hətta, onlardan birisi ilə əlaqələrim son günlərə kimi davam edirdi. Əlaqə deyəndə ki? Yox ey, ürəyinizə ayrı şey gəlməsin? Mən uzun müddət internet vasitəsi ilə gözəl, gənc, cazibədar bir xanımla yazışmışam. Əvvəllər bir-birimizə sevgi məktubları yazırdıq, amma indi...
Qoy söhbətə lap əvvəldən başlayım. İlk dəfə şəklini ekranda gördüyüm qıza məktub yazanda ağlıma gəlməzdi ki, məsələnin sonu bu cür başa çatacaq. ə cür? Bir sonacan qulaq asın... Hə, deməli, belə: mənim elektron poçtuma tezliklə cavab məktubu gəldi. Kompüterdə internet vasitəsi ilə tapdığım xanımın intellekti məni valeh etmişdi. Biz artıq hər gün yazışırdıq. Biz hər gün "öpüşürdük" - əlbəttə, bu virtual öpüş idi. Biz onunla qol-qola, əl-ələ tutub görüşə çıxırdıq. Əlbəttə, virtual qaydada. Biz günlərin bir günü elə virtual qaydada nişanlandıq. Az sonra toy edib evləndik. Toyumuz hansı restoranda oldu? Müğənni kim idi? Canım, nə restoran, nə müğənni? Bütün bunlar internet vasitəsi ilə baş verirdi. Mən öz yeni sevgilimlə, daha doğrusu, gözəl arvadımla hər gün sevişir, əylənir, öz xoşbəxt günlərimi yaşayırdım. Bütün müqəddəslərə and içə bilərəm ki, bizim bütün əlaqələrimiz yalnız virtual müstəvidə mövcud olmuşdur!
övbəti yazışmalarımızın birində qəribə bir mesaj aldım: "Əzizim, mən hamiləyəm...". Vitual arvadımdan aldığım mesaja onun şəkli də əlavə olunmuşdu: o, həqiqətən hamilə idi. Hər halda mən hamilə olan qadınla ... hamilə olmayanı ayrıd edə bilirəm; amma öz-özümə fikirləşdim ki, yəqin bu, virtual hamiləlikdir. "Arvadıma" cavab mesajı göndərdim. "Əzizim, səni təbrik edirəm!". Aradan bir müddət keçdi. Elektron poçtumu yoxlayarkən monitorda qaraşın bir uşaq şəkli gördüm; bu dəfə şəklə daha maraqlı bir mesaj əlavə olunmuşdu: "Əzizim, səni təbrik edirəm, oğlun olub". Yəqin ki, bu, bir zarafat idi; ən azı ona görə ki, mən özüm sarışınam, özünün mənə göndərdiyi şəklə inansaq, elə virtual arvadım da ağbənizdir. Amma uşaq qaraşındır. Bu uşağın mənə aidiyyatı olmasa da, hər halda onunla virtual qohumluğum çatdığı üçün, arayış üçün xatırladım ki, bizim əsil-nəcabətimizdə də zəncilərlə qohum olan yoxdur. Mən əlüstü virtual arvadıma mesaj göndərdim: "Hər ikinizi öpürəm!". Az sonra başqa bir mesaj gəldi: "İcazə versəydin oğluma sənin adını verərdim". Cavab mesajı yazdım: "Əzizim, mən sənin bu nəcib təklifindən çox məmnun oldum. Əlbəttə, oğlum mənim adımı daşısa, özümü xoşbəxt hesab edərəm". "Arvadımın" növbəti mesajından sonra razılıq verdim ki, virtual oğlum mənim soyadımı daşısın; axı, hər necə olsa da o, virtual olaraq mənim belimdən gəlmişdi! Və günlərin birində monitorda yeni bir mesaj peyda oldu: "Əzizim, deyəsən sən bizi unutmusan. ə üçün öz uşağına pul göndərmirsən..." ə pul? Mən bu virtual istəyi təbii ki, zarafat hesab etdim. Amma...
Bir dəfə iş yerimə bir nəfər ucaboy, şeşəbığ gənc gəldi. Özünü təqdim etdi: "Ədliyyə polisindənəm". Dedim ki, buyurun, eşidirəm. Dedi ki, nə üçün alimentdən yayınırsan? Təəccübləndim. Dedim ki, cavan oğlan, yəqin siz ünvanı səhv salmısınız. Oğlan ad-familiyamı mənim özümə xatırladıb hirsli-hikkəli şəkildə soruşdu: "Hə, indi gördün ki, mən lazımi ünvana gəlmişəm?". Mən hiss etdim ki, oğlanın qəzəbi, hirsi-hikkəsi qətiyyən virtual səciyyə daşımır. And-aman etdim ki, mən siz deyən arvadın üzünü belə görməmişəm. Bayaqdan çox güman ki, mənim müqəddəs qanunlarımıza bunca sayqısızlığımdan qəzəblənən ədliyyə polisi bir qədər yumşalıb, humanizm nümayiş etdirərək təəccüblə soruşdu: "Bəs o uşaq kimdəndir?". Mən dedim ki, bilmirəm. Oğlan başını bulayaraq diqqət və təəccüblə məni süzdü. Sonra mənə hansısa bir kağızı təqdim edib, oraya qol çəkdirdi və çıxıb getdi. Amma işin zırıltısı dalda imiş. Bizim bu virtual evlənməyimizə məhkəmədə baxası oldular...
Yox, virtual nədir, bu əsl məhkəmə idi. Mən məhkəmədə əhvalatı olduğu kimi cənab hakimə danışdım. O, göstəriş verdi ki, tərəflərin qan qrupu yoxlanılsın. Təcrübəli mütəxəssislərdən təşkil edilmiş ekspertlər virtual arvadımla mənim, habelə virtual oğlumun, bir sözlə, bütün virtual ailəmizin, qan qrupunu yoxlayıb yekun aktı tərtib etdilər; virtual oğlumla mənim qan qrupumun tərkibi... eyni çıxdı. Amma... Amma ən dəhşətli hadisə bu deyilmiş. Həkimlər "o tərəfdən" belə bir məlumat verdilər ki, mənim "arvadımın" qanında virus tapılıb: SPİD virusu! Fikirləşdim ki, ta canım bu qalmaqallı işdən qurtaracaq. Amma virtual arvadım yeni iddia ilə çıxış etdi: ərim kompüter, yəni internet vasitəsi ilə mənim qanıma viruslar ötürmüşdür. Həkimlərin rəyindən məlum oldu ki, mənim qanımda virusdan heç bir əsər-əlamət yoxdur, o ki ola SPİD! Kompüterimdə isə oxşar viruslar üzə çıxdı.
Di gəl ki, bütün bu həngamədən sonra bizim möhtərəm hakim əks iddiaçının xeyrinə qərar çıxartdı; bir təsəvvür edin, mən hansısa virtual arvada alimet verməliyəm - mənə qətiyyən dəxli olmayan hansısa virtual övlad üçün.
Mən artıq bir neçə instansiyaya müraciət etmişəm. Hələlik mənə dəstək verən rəsmi qurum tapılmır. Hər yerdə məni müqəssir hesab edirlər. Şikayətimin mövcud qanunvericiliyə zidd olduğunu iddia edirlər. İndi yeni sənədlər toplamaqla məşğulam; bu günlərdə Avropa məhkəməsinə müraciət edəcəyəm. Deyirlər, belə bir qurum var. Özümə savadlı bir vəkil də tutmuşam. Kaş mənim şikayətimə virtual şəkildə baxmasınlar.
Son vaxtlar hakerlər mənim kompüterimə təhlükəli viruslar salıblar. Mən əminəm ki, mənə bu cür həmlə edənlərin arxasında virtual arvadım dayanıb.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829