Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Azərbaycan mənzərələri - 2

  Sayta qoyulub: 16:37 19.07.2010 (821 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Liderlər söyüşür, gənclər döyüşür

Mən, ilk dəfə bu mövzuda yazanda indi siyasət sözünün baş hərfini belə xatırlamaq istəməyən dostum Telman Nüsrətoğlu Müsavat başqanı İsa Qəmbərin gənclərlə iş üzrə müşaviri idi. Tələbəlik illərinin acılı-şirinli günlərini bir yerdə yola verdiyimiz Pərviz Səmədov isə Elçibəy siyasi kursunun qızğın tərəfdarlarından sayılırdı.
1998-ci ildə Müsavatla AXCP vahid namizəd məsələsində razılığa gələ bilmədikləri üçün bu iki partiyanın fəalları arasında "soyuq külək"lər əsirdi. Hələ o vaxt siyasi leksikonumuza "Rəsulzadə-Elçibəy yolu" adlanan ifadə daxil olmamışdı. Əksinə, AXC-nin "şineli"ndən çıxan bu iki müxalifət partiyasının rəhbərliyi arasında gizli rəqabət gedirdi. Liderlər arasındakı gərginlik onların gənc tərəfdarlarına da sirayət etmişdi. Hakimiyyət opponentləri arasında birincilik uğrunda qızğın mübarizənin getdiyi ilıq payız günlərinin birində Elçibəyin müdafiəçisi ilə İsa Qəmbərin müşaviri aralarındakı problemi biləklərinin gücü ilə çözməyə qərar vermişdilər. Həmin vaxt "Yumruq davası çözüm deyil" adlı məqalə yazıb, hər iki tələbə dostumu aralarındakı problemi biləklərinin deyil, ağıllarının gücü ilə çözməyə səsləmişdim.
İndi o vaxtdan 12 il keçir. Amma hələ də siyasətçilərimiz söyüşməyi, gənclərimiz isə döyüşməyi tərgitməyiblər. Ötən həftə "Yeni Müsavat" qəzetinin redaksiyasında gənclər arasında keçirilən debatın dava-dalaşla başa çatması da bunu sübut edir. Bu dəfə Müsavat və DİP-in gənclər təşkilatlarının sədrləri qarşı-qarşıya dayanmışdı. Hər iki gənc öz liderinin daha üstün olduğunu yumruğunun gücü ilə sübut etmək istəyirdi. Eynən 12 il əvvəl olduğu kimi...
Lalə Şövkətə keçmiş olsun
Üç gün öncə AXCP ilə Müsavat birgə seçki bloku yaratmaq barədə qərar verdi. Bununla da "Azadlıq" bloku tarixin arxivinə göndərildi. Müsavat başqanı İsa Qəmbər hələ 6 ay əvvəl seçkidə birgə iştirak etmək üçün AXCP-yə müraciət etmişdi. Amma həmin vaxt cəbhəçilər İsa bəyin bu təklifini top-tüfənglə qarşılamışdılar. Əcəba, ötən 6 ayda nə baş verdi ki, Əli Kərimli son beş ildə bir yerdə yol gəldiyi müttəfiqlərindən imtina etdi? İsa Qəmbərin təklifini zamanında dəyərləndirməklə hələ yarım il əvvəl ölkədə siyasi canlanma yaratmaq yaxşı olmazdımı?
Əslində, Əli bəy 6 ay deyil, düz 7 il gecikib. AXCP ilə Müsavat 2003-cü ildə seçkidə birgə iştirakla bağlı qərar qəbul etməliydi. Əli Kərimlinin keçmiş müttəfiqi Etibar Məmmədovun "siyasi meyit"ə çevrilməsi üçün cəmi 2 ay bəs etdi. Amma günah təkcə AXCP sədrində deyil. Bu iki partiyanın bir araya gəlməsi üçün gərək İsa Qəmbər də vaxtında KXCP-dən imtina edəydi. Belə olsaydı, Mirmahmud ağa da öz işini bilərdi...
Əli Kərimlinin Lalə Şövkətdən hansı səbəbdən imtina etdiyi mənə aydın deyil. Ancaq onu bilirəm ki, bundan sonra heç bir partiya sədri Əli bəyə sonadək etibar etməyəcək. Lalə Şövkətə isə keçmiş olsun.

Əgər səmimisinizsə...
Hələ bir il əvvəl AXCP ilə Müsavatın eyni siyasi təşkilatda birləşməsinin vacibliyindən bəhs edən məqalə yazmışdım. Bu həmin vaxt idi ki, Müsavat rəhbərliyi AXCP ilə KXCP arasında hər hansı fərq görmürdü. Müsavat başqanının müavini Arif Hacılının iddiası yerə-göyə sığmırdı. Həmin günlərdə "Bu, nə mənəm-mənəmlikdir?" adlı köşə yazıb, Müsavatdakı dostları proseslərə soyuqqanlı yanaşmağa səsləmişdim. Dəyərli həmkarlarım Şahvələd Çobanoğlu və Taleh Şahsuvarlı da bu məsələni uzun müddət gündəmdə saxlamışdılar. Amma AXCP və Müsavat liderləri nəinki bizlərin, hətta öz partiyadaşlarının da müraciətinə məhəl qoymamışdılar...
Müsavatla AXCP-nin eyni siyasi təşkilatda birləşməsi sosial sifarişdir. İndi söz liderlərindir. Əgər onlar öz qərarlarında doğrudan da səmimidirlərsə, dərhal birgə qurultaya getməklə bağlı qərar qəbul etməlidirlər. Bu qərar hakimiyyət opponentlərinin mübarizə əzmini daha da gücləndirə bilər.
Cənablar, söz sizindir. Buyurun, səmimi olduğunuzu sübut edin...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829