Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  17:13 07.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




MƏDƏNİYYƏT : Səbirə həmkarlarını fahişə adlandırdı

  Sayta qoyulub: 16:07 03.05.2009 (911 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


Bir neçə il öncə şou-biznesin kandarında çırpınaraq içəri daxil olmaq istəyən gənc müğənni Səbirə Rəhimovanın heç bir səyi özünü doğrultmadı. Çox istedadlı, gözəl səsə malik olmasına baxmayaraq, sənətçi özünü nə müsabiqələrdə iştirak etməklə, nə də qalmaqallarla gündəmə gətirə bilmədi.
Xatırladaq ki, S.Rəhimova "Yeni ulduz" müsabiqəsində belə münsiflərin rəğbətini qazanmağı bacarmadı. Özünü populyar həmkarı Tünzalə Ağayevaya bənzətməsi, hətta soyunması belə Səbirənin karına gəlmədi. Əli işdən soyuyan Səbirə "ulduzluq girdabı"ndan uzaqlaşaraq, əvvəlki kimi sıravi, "boz" müğənni həyatı yaşamağa məcbur oldu.
Bu yaxınlarda Səbirənin Dubayda klip çəkdirməsi və yenidən gündəmə gəlmək arzusunda olması barədə eşitdik. Xəbərin doğruluğunu öyrənmək üçün müğənni ilə əlaqə yaratdıq. Lakin sorğumuz onu yaman əsəbiləşdirdi: "Mənim Dubayda nə işim? Onu deyən qələt eləyir. Mən fahişə deyiləm. İndi belələri qabağa gedir. Mənim kimi Allaha ibadət edənlər isə heç nə edə bilmirlər. Bu dövrdə doğruluqla heç nə etmək olmaz! Belə şou-biznesə girmək də istəmirəm".
Səbirənin ittihamlarına ötən il Dubayda klip çəkdirən gənc müğənni Günel Ələkbərovanın münasibətini öyrəndik: "Çox maraqlıdır ki, bu sözləri məhz Səbirə deyir. Məsələ burasındadır ki, məndə olan məlumata görə, onun özü vaxtilə Dubayda, Bəhreyndə "işləyib". Dubayda klip çəkdirməyə pis baxanlar isə, hər şeyi öz səviyyələrinə görə ölçürlər. Mənə də klipimin Dubayda çəkilməsinə görə, qara yaxanlar oldu. Mən onları məhkəməyə verdim, çünki şərəf və ləyaqətin alçaldılmasına yol verənlərdən deyiləm".

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Yarımçıqlar Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Azərbaycan mənzərələri - 2 Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930