Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Firuz Mustafa : Şərikli uşaq (monohekayə)

  Sayta qoyulub: 13:45 03.05.2009 (588 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dünyada ən axmaq şey şərikli bir iş görməkmiş. Mən bunu təzəcə dərk etmişəm. Məsələ burasındadır ki, bizim yeni uşağımız dünyaya gəlib.
Yox ey, söhbət uşağın adqoyma mərasimindən-zaddan getmir. Sözümün canı var? Sən demə, bu uşağın-mənim övladımın dünyaya gəlməsində təkcə mən rol oynamamışam; mənim şərikim, daha dağrusu, şəriklərim də varmış.
Yox, canım, məsələ heç də siz düşünən kimi hansısa gizli bir mətləblə bağlı deyil.
Əlbəttə, hər bir uşaq bu dünyaya müştərək əməyin məhsulu kimi gəlir. Uşağı dünyaya ata, hə, bir də ki, ana gətirir. Hər bir normal adam bunu anlayır. Amma nə yazıqlar ki, bir çoxları, hətta, ilin-günün bu çağında - bızım demokratiyaya doğru addım-addım getdiyimiz bir vaxtda, bunu dərk etmir və ya bilərəkdən dərk etmək istəmir.
Gün o gün olsun ki, sizə də qismət ... ol-l-lsssun... Hə, olsun... Bax, indi bilərsiniz bu sözləri deryərkən mən dilimi niyə sürüdüm... Bəli, mən artıq övlad atasıyam. Biri tayfa atası olur, biri el atası, bir başqası isə, ümumiyyətlə - ellər atası. Mənəsə təkcə öz övladımın atası olmaq kifayətdir. Yəqin ki, elə övladım üçün də cəmi-cümlətanı bir atanın olması bəs edər...
Xahiş edirəm, siz artıq-əskik sullarla mənim başımı qatmayın. Söhbət ayrı şeydən gedir və mənim də sözümün canı var.
Mən ata olduğum həmin o xoşbəxt anlarda boynumu doğum evinin qapısı ağzında büküb öz arvadım və təzəcə dünyaya gələn azad ölkə vətəndaşı barədə təzə bir xəbər öyrənmək istəyirdim. Əynində ağ xalat olsa da, özü iri-qara kötüyə bənzəyən, təhər-tövründən olduqca milli təsir bağışlayan bir kişi uzaqdan üstümə yüyürüb məni əziz, doğma bir insan kimi qucaqlayaraq qışqıra-qışqıra dedi: "Muştuluğumuzu verin, uşağınızı dünyaya gətirdik!". Matım-qutum qurudu. ecə yəni uşağınızı dünyaya gətirdik? Bəyəm uşağı dünyaya gətirən bunlardır? Bağışlayın, bəs onda mən kiməm?
Əşi, bir qulaq asın, hələ bu harasıdır!
Kişi səsinin yoğun yerinə salıb eyni templə sözünə davam etdi: "Tez olun, nəmər verin! Özü də nəzərə alın ki, uşaq əməliyyat yolu ilə dünyaya gəlib!? ecə yəni, "əməliyyat yolu ilə?" Mən yenə heç nə anlamadım. Uşaq dünyaya indicə gəlib, amma bunlar onu artıq əməliyyat ediblər? Mən sual dolu baxışlarla ağxalatlı kişiyə, yəni qara kötüyə baxdım. Deyəsən, o, mənim bir şey anlamdığımı başa düşüb məsələyə aydınlıq gətirdi: "Uşaq yan tərəfdən dünyaya gətirilib". Yenə heç nə anlamadım: necə yəni "yan tərəfdən?" Axı, uşaq adətən bircə tərəfdən dünyaya gələ bilər... Kişi isə elə bir yandan fasiləsiz üyüdüb-tökürdü: "Biz onu yan tərəfdən çixartdıq... Bunu hər adam bacarmır...Tez olun, nəmər verin!"
Alcaqlar, hələ uşağı dünyaya gizli-xəlvəti, daha doğrusu, qeyri-konstitsion yolla gətirdikləri bəs deyil, məndən rüşvət də tələb edirlər. Həmişə hər şeyi dünya praktikasının əksinə etmək bizimkilərin köhnə şakəridir. Axtarıb kabinetlərdə-palatalarda elə ideyalar tapırlar ki, bu ideyalar heç hamamda böyük kəşflər etmiş Arximedin də ağlına gəlməz.
Üz-gözünüzü niyə turşudursunuz, bəlkə yalan deyirəm və yaxud milli maraqlara zidd mülahizələr yürüdürəm? Elə isə sakit olun.
Hə, əlacım nə idi? Əlimi istər-istəməz cibimə atıb pul çıxartım. Kötük hirsli-hirsli dilləndi: "Bu, nədir belə?" Dedim ki, necə yəni nədir, sən istəyən şeydir - yəni "nəmərdir". Kişi dedi: "Yaxşı, tutaq ki, bunu qapıçıya verdim... Bəs sonra?"
"Canım, nə qapıçı, bəyəm qapıçı mənimlə şərikdir?" Mən bunu ucadan dedim. Kişi isə elə öz haray-həşirində idi: "Biz səni övlad atası etmişik, sən isə..."
Mənə inanmırsız? Həkimlərin əvəzinə müqəddəs Hippokratın goruna and içə bilərəm ki, o qara kötük bax elə bu cür dedi.
Məni tər basdı. Yenə əlimi cibimə atdım. Pul çıxartdım. Kişi həyasız-həyasız üzümə baxıb dilləndi: "Bu, nədir? ə?.. Pul? Yaxşı, bu da olsun sanitarın pulu? Bəs sonra?".. Mən ailəmizin aylıq xərcləri üçün nəzərdə tutulmuş pulun bir qismindən də keçəsi oldum. Kişi yenə nərildədi: "Bu, nədir? Hə, pul? Yaxşı, tutaq ki, bunu da laboranta verdim. Bəs sonra?" ə laborant? ə "sonra", canım? Kişi zəhmli səslə dilləndi: "Bəs ginikoloqun pulu?" Mən yenə əlimi cibimə salası oldum. Kişi lap qeyzləndi: "Bəs baş həkimin pulu?"
Mən mattım-mattım onun üzünə baxıb əlacsız halda maaşımın qalan hissəsini də bu əcaib məxluqun ovcuna basdım. Kişi kükrədi: "Bəs səhiyyə şöbəsinin pulu?" Mən cibimdəki sonuncu qəpik-quruşları da onun ovcuna basdım? Fikirləşdim ki, ta kimin pulu qaldı görəsən? "Bəs nazirimizin?.." Kişi yenə nəsə demək, kiminsə "nəmərini" tələb etmək istəyirdi. Ciblərim tamam boşalmışdı; ta dözə bilməyib özümü palataya saldım. Yeni dünyaya gəlmiş körpəmi çarpayıdan qapıb sinəmə sıxdım. Arvadım heyrtlə üzümə baxırdı...
Mən uşaq qücağımda qapıya sarı yönəldim. Kişi özünü mənə çatdırıb biləyimdən yapışaraq ucadan qışqırmağa başladı: "Uşağı hara aparırsan? Bunu dünyaya biz gətirmişik!" Bircə anın içində qapıda ağxalatlılardan ibarət bir ordu yarandı. Mən çaşıb döyükə-döyükə qaldım. Arvadım hıqqına-hıqqına çarpayıdan dikəlib asta səslə dilləndi: "Hamının hörmətini elədin? O uşağı bunlar..." Paho! Arvadın da sözündən belə çıxırdı ki, bu uşaq şərikli-kollektiv əməyin mhsuludur. Mən öz "şərikli uşağımı" qoltuğuma vurub ağxalatlı ordu dəstəsinin başı üstündən akrobat kimi atılaraq palatadan güllə kimi çıxdım. əhəng kötük kimi arxamca diyirlənə-diyirlənə gələn kişi haray-həşir qoparmışdı: "Bəs qalan pulu kim ödəyəcək?.." Arvadım da qoltuğunda bir yığın çirkli uşaq əskisi təngnəfəs halda mənimlə dabanbasaraq qaçaraq qışqırırdı: "Ay kişi, camaatın pulunu verməmiş hara qaçırsan? Axı, bu uşağı onlar dünyaya gətirib..."
Mənə inanın, bu həngamədən sonra hər cür şərikli işdən kənar qaçmağa çalışıram; lap elə dünyaya uşaq gətirməkdən belə çəkinirəm. Çünki bu zəmanədə sənin təkcə özünə aid elədiyin hər bir işə böyürdən şərik çıxanlar tapılır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829