Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SƏRBƏST : Eynulla Fətullayev problemi - Azərbaycana lazımsız qalmaqal

  Sayta qoyulub: 17:22 12.07.2010 (516 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Eynulla Fətullayev problemi - Azərbaycana lazımsız qalmaqal


İlqar Altay, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, ekspert-kriminalist, hüquq elmləri namizədi

Jurnalist Eynulla Fətullayevin son məhkəmə prosesi ictimaiyyət üçün kifayət qədər açıq aparıldı. Məhkəmə araşdırmasının bütün gedişatı əlaqədar mütəxəssislər tərəfindən tam müşahidə oluna bildi.
Onu demək olar ki, prosesin gedişində Eynulla Fətullayevə qarşı narkotik saxlama və istifadə etmə barədə ittihamlar prokurorlar tərəfindən kifayət dərəcədə əsaslandırıla bilmədi. Bunun da əsas səbəbi həmin ittihamların keyfiyyətsiz və xüsusən, qeyri-obyektiv aparılmış istintaq üzərində qurulmasıdır.
Məhkəmə prosesindən aydın görünürdü ki, istintaqın ilk əvvəlindən ilkin istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri, dəlil-sübutların toplanması, şahidlərin seçilib dindirilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun aparılmayıb. Belə ki, təqsirləndirilən şəxsin üzərində aparılmış axtarış tədbirləri və narkotik adı ilə maddələrin götürülməsi, fiksasiya olunması, saxlanması və ekspertizaya göndərilməsi, yəni maddi sübutların rəsmiləşdirilməsi hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmayıb. Şahid qismində işə cəlb olunmuş şəxslərin də qanunun tələb etdiyi şahid statusuna uyğun gəlməsi şübhə altında qaldı.
Məhkəmə prosesində aydın oldu ki, nədənsə, eyni bir ekspertiza tədqiqatı istintaq tərəfindən müxtəlif ekspertiza qürumlarına həvalə olunub və bu qurumların gəldiyi nəticələr müəyyən hallarda bir-birini təkzib edib. Bundan başqa, məhkəməyə dəvət olunmuş əlaqədar ekspertlər verdikləri ifadə və izahatlarla apardıqları tədqiqatların rəsmi nəticələrini ciddi əsaslandıra bilmədilər.
Bütün bu hallar ekspert-mütəxəssislərin təyin olunmuş ekspertizalar üzrə öz tədqiqat və nəticələrini qeyri-sərbəst şəraitdə və ola da bilsin, müəyyən təsir altında apardığının göstəricisi idi. Bu səbəbdən, məhkəmə araşdırması prosesində əlavə və təkrar komission ekspertizaların təyin olunmasına ciddi ehtiyac yaranmışdı. Lakin, təəssüf ki, məhkəmə bu vəsadətləri təmin etmədi, ittihamçı tərəf buna qəti etiraz etdi, cəmiyyət isə, belə bir vacib konkret məsələnin üzərinə qəti şəkildə getmədi. Əslində isə, ixtisaslı yanaşılsa, məhkəmə və istintaq bütünlüklə ekspertiza rəylərinin üzərində qurulmuş və daha açıq desək, həmin rəsmi mütəxəssis rəylərinə istinad etməklə sığortalanmışdı.
Ümumiyyətlə, Cinayət Məcəlləsinin müvafiq maddələrində tövsif olunmuş narkotikləri saxlama və xüsusilə, istifadə etmə əməllərinin araşdırılması prosesi əsasən, ekspertiza tədqiqatlarının ortaya qoyduğu faktlara əsaslanır. Çünki araşdırma predmeti əsasən, kimyəvi maddələr və insan orqanizmi kimi dəqiq elmi tədqiqat obyektləridir. Bu yerdə ölkədəki ekspertiza sisteminin vəziyyətinə diqqət yetirək.
Bu gün ölkədə keçirilən ekspertizaların şübhə altına alınması, qanunsuz keçirilməsi və ya ekspertiza rəylərinin əsassızlığı halında, onlardan şikayət üçün çox qısa instansiyalar sistemi mövcuddur. İlkin ekspertizanın tədqiqat və nəticəsini yalnız bir yuxarı - komission ekspertiza instansiyası yoxlayıb dəyişdirə bilir. Müqayisə üçün, ölkədəki məhkəmə sistemində şikayət instansiyalarını önə çəksək, ilkin məhkəmənin qərarını mübahisələndirmək üçün apellyasiya məhkəməsi, ali məhkəmə, ali məhkəmə plenumu, konstitusiya məhkəməsi və üstəlik, Ədliyyə Nazirliyində Məhkəmə-Hüquq Şurasının yoxlama-nəzarət imkanlarından istifadə etmək mümkündür. Belə bir çoxpilləi yoxlama-nəzarət sistemi istintaq və prokurorluq sistemində də mövcuddur. O halda sual yaranır ki, niyə ekspertin rəyini cəmi bir yuxarı, hakimin, prokurorun, müstəntiqin qərarını isə, təxminən 4-5 yuxarı instansiya yoxlamadan keçirə bilir?
SSRİ dövründə Moskvada İttifaq Ekspertiza Bürosu nəzdində komission ekspertiza kimi yoxlama-nəzarət funksiyası daşıyan qurum fəaliyyət göstərirdi. İttifaqın bütün respublikalarındakı ekspertizalardan şikayətlər oraya göndərilir və çox zaman öz ədalətli nəticəsini tapırdı. Bu gün belə bir güclü şikayət instansiyası artıq itirilmişdir və üstəlik müstəqil ekspertiza sisteminin mövcudsuzluğu şəraitində, necə deyərlər, ekspertiza sistemində demək olar ki, dərəbəylik hökm sürür.
Buradan çox maraqlı bir sual ortaya çıxır ki, hər bir Avropa dövlətinin məhkəmə sistemi qərarına təftiş və təsir qüvvəsinə malik, məsələn, Eynulla Fətullayevin azad olunması qərarını vermək imkanında Avropa səviyyəli məhkəmə mövcud olduğu halda, niyə belə bir Avropa səviyyəli Ekspertiza instansiyası olmasın? Belə bir yüksək Aropa Ekspertiza qurumu nəinki ədalətli nəzarət və yoxlama funksiyasını, həm də öz qüdrətli maddi-texniki bazası ilə Avropa regionundakı ölkələrin keçirməkdə çətinlik çəkdiyi DNK və psixatrik və s. ekspertizalar kimi çətin və mürəkkəb tədqiqatların keçirilməsində çox faydalı ola bilərdi. Qeyd edək ki, bununla əlaqədar bizim Mərkəz artıq Avropa Şurasına əsaslandırılmış rəsmi müraciət hazırlayıb.

Belə bir, dünyanı cəlb edən ölkədaxili problem lazımdırmı?

Qeyd etməliyik ki, Qaradağ rayon Məhkəməsinin apardığı proses zamanı jurnalist Eynulla Fətullayevə qarşı CM-nin 234.1 maddələri üzrə aparılmış ilkin istintaqın prosessual qanunvericiliyin tələblərinə zidd və keyfiyyətsizliyi və bu işin prokurorluq tərəfindən əssassız ittiham formasında məhkəməyə çıxarılması aydın oldu. Üstəlik, məhkəmənin bu zəif ittihamlar üzrə ədalətsiz 2 il 6 aylıq cəza hökmü çıxarması Azərbaycan hüquq-mühafizə sisteminə qüsur gətirməklə, dövlətçiliyin nüfuzuna da təsirsiz ötüşməyə bilər.
Bu cür əsassız ittiham və hökmlər, onların bir daha Fətullayevin professial fəaliyyətinə qarşı yönəlmiş qərəzli təzyiq vasitəsi xarakterini daşıması anlamını yaradır ki, bu da söz və mətbuat azadlığı kimi demokratik prinsiplərin qarşısının alınmasına yönəlmiş vasitə hesab edilir.
Biz Ədliyyə Nazirliyi və Baş Prokurorluğun bu məsələyə xüsusi diqqət yetirməsini vacib sayırıq. Eyni zamanda hesab edirik ki, bütün vətəndaş cəmiyyəti dövlət rəhbərliyinin bu məsələyə müvafiq reaksiyasını və bu iş üzrə növbəti apellyasiya məhkəməsi instansiyasında ədalət prinsipinin öz təsdiqini tapmasını gözləyir.
Ümumiyyətlə, nəticələr onu göstərir ki, Eynulla Fətullayev problemi süni və ədalətsiz müstəvidə yaradılmış, Azərbaycan mətbuatına, cəmiyyətinə və dövlətçiliyinə eyni dərəcədə başağrısı gətirən lazımsız qalmaqaldır, başağrısıdır. Azərbaycan dövlətinin quruculuq və inkişaf nəzəriyyəsi ilk əvvəlindən fundamental olaraq, demokratik prinsiplərə əsaslanmışdır. Ona görə də, bu dövləti idarə edən hakimiyyətlər bunu unutmayıb, həmişə özlərinin tərifinə olduğu kimi, tənqidinə də hazır olmalıdırlar.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SƏRBƏST bölümünün son 20 xəbəri:



#SƏRBƏST bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829