Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:03 28.01.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : "Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır

  Sayta qoyulub: 11:08 12.07.2010 (491 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır

“Hər bir uşağın hüququ var!” adlı milli kampaniyanın növbəti tədbiri olaraq “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Mənim hüquqlarım” - Qaçqın və məcburi köçkün uşaqlar üçün Uşaq Hüquqlarının Tədrisi Layihəsi çərçivəsində iyulun 13-də “Uşaq Hüquqları” Yay Məktəbinin açılış mərasimi keçiriləcək.

“Mənim hüquqlarım” - Qaçqın və məcburi köçkün uşaqlar üçün Uşaq Hüquqlarının Tədrisi Layihəsinin həyata keçirilməsində başlıca məqsəd qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqların arasından uşaq hüquqları barədə ətraflı məlumata malik olan, uşaqlarla bağlı mövcud vəziyyəti obyektiv təhlil edə, öz hüquqlarını ifadə edə və uşaqlar üçün yararlı cəmiyyətin formalaşdırılması ilə bağlı təkliflər irəli sürə bilən lider uşaqlar qrupu formalaşdırmaqdır.

“Uşaq Hüquqları” Yay Məktəbi AF Hotel AQUAPARK Novxanıda keçiriləcək. Yay Məktəbində 18 yaşınadək 40 nəfər qaçqın və məcburi köçkün uşaqlar iştirak edəcək. Yay Məktəbinin dinləyiciləri fəal təlim metodları vasitəsilə uşaq hüquqlarına dair biliklərini artırmaqla yanaşı, uşaq hüquqlarına dair fərdi yanaşmaları və fikirlərini müzakirə edəcək, özlərinin qrup işi, ünsiyyət, düzgün qərarın qəbul edilməsi kimi fərdi bacarıqlarını inkişaf etdirəcəklər. Yay Məktəbinin iştirakçıları şəhadətnamə ilə təltif olunacaqlar.

Bu layihə uşaqların iştirakı üçün böyük stimul olacaq, onlar özlərində və istedadlarında özünə inam və etibarı inkişaf etdirəcəklər. Layihə uşaqların davranışına təsir edəcək, onların həyata və həmyaşıdlarına baxış tərzini dəyişəcək. Uşaqlar böyüyərək uşaq hüquqlarına hörmətlə yanaşmaqla yanaşı, uşaq hüquqlarının fəal müdafiəçisi olacaq, onların məsuliyyətli valideyn və layiqli vətəndaş kimi formalaşmasına təsir göstərəcək.

Qeyd etmək istəyirik ki, 2009-cu ilin dekabr ayında Bakı şəhərində keçirilmiş Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsində uşaq hüquqlarının tədrisi, qaçqın və məcburi köçkün uşaqların inkişafı ilə bağlı təşəbbüslərin əhəmiyyəti uşaqlar tərəfindən xüsusilə vurğulanıb. Azərbaycan uşaqlarının 10%-i hələ də qaçqın və məcburi köçkün həyatı yaşayır və bu uşaqlar Uşaq Hüquqları Konvensiyasında, eləcə də digər beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlardan məhrum edilib və hazırda da bir çox hüquqları gerçəkləşdirilməmiş qalır. Onların böyük əksəriyyəti öz hüquqlarını bilmir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

SORĞULAR

Müsavat Partiyasının növbəti başqanı kim olsun?
Qurtarıb: 11:38 28.01.2012

» Arif Hacılı
 16.04% (86)
» Vurğun Əyyub
 49.25% (264)
» Arzu Səmədbəyli
 2.99% (16)
» Qubad İdadoğlu
 19.03% (102)
» Nəsib Nəsibli
 2.99% (16)
» Başqa biri
 9.70% (52)
Cəmi səslər: 536

Bütün sorğular

ARXİV

<<<    Yanvar 2012
B.e Ç.a Ç C.a C Ş B
01
02030405060708
09101112131415
16171819202122
23242526272829
3031