Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



DÜNYA : 20 MİN TÜRK ƏSGƏRİ QARABAĞA GİRƏCƏKMİŞ

  Sayta qoyulub: 11:39 16.03.2009 (1170 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

20 MİN TÜRK ƏSGƏRİ QARABAĞA GİRƏCƏKMİŞ
“Ergenekon” istintaqında Azərbaycanla bağlı daha bir sensasion məqam açıldı
Türkiyədə “Ergenekon” istintaqında Azərbaycanla bağlı daha bir sensasion məqam üzə çıxıb. “Anadolu” agentliyinə istinadən Türkiyə mediasında yayılan xəbərlərə görə, könüllü olaraq polisə ifadə verən 29 yaşlı Çınar Altınbaş adlı şəxsin ifadələri “Ergenekon” dosyesinə əlavə olunub. Həmin şəxs “Ergenekon” işi ilə bağlı həbs edilənlərdən biri, istefada olan zabit Fikri Qaradağın vaxtilə Qarabağa Azərbaycan ordusunun formasını geymiş 20 min türk əsgəri göndərmək haqda təklif verdiyini deyib.

“Qaradağ mənim sualıma cavab olaraq bildirdi ki, xidmətdə olduğu dövrdə silahlı qüvvələrin baş qərargahına 20 min türk əsgərinə Azərbaycan ordusunun formasının geydirilib Qarabağa göndərilməsini, bu şəkildə Azərbaycanla Türkiyə arasında yeni sərhədlər qurula biləcəyini, Türkiyənin bu xətt üzərindən türk cümhuriyyətlərinə açıla biləcəyini təklif etdiyini, ancaq ordu içərisində bu təklifə dair vahid mövqe olmadığını və nəticədə bu cür faydalı təklifin diqqətə alınmadığını bildirdi”. Qeyd edək ki, Fikri Qaradağ Türkiyənin cənub-şərqində PKK terrorçularına qarşı döyüşlərə başçılıq etmiş zabitdir, o, general Vəli Kiçiyə yaxınlığı ilə də tanınır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#DÜNYA bölümünün son 20 xəbəri:



#DÜNYA bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031