Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SƏRBƏST : Xaliq Bahadır simvol olsunmu, olmasınmı?

  Sayta qoyulub: 12:57 14.06.2010 (543 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxud Elnur Astanbəyli hələ AYB-dən çıxmayıb?


Mövlud MÖVLUD

movludmovlud@mail.ru



Facebook-da aləm yenə dəyib bir-birinə. Şahvələd Çobanoğlu "Azadlıq" qəzetinin köşə yazarı, qocaman mübariz Xaliq Bahadırı milli-azadlıq hərəkatımızın simvolu adlandırıb. Müsavat rəsmisi Arif Hacılı isə buna görə Şahvələd bəyi tənqid edərək yazıb ki, Xaliq Bahadırı azadlıq hərəkatının simvolu adlandırmaq, milli azadlıq hərəkatı heç olmayıb demək kimi bir şeydir.
Məncə, burda bir incə məqam var. Ola bilər ki, cənab Çobanoğlu bir az şişirtməyə yol versin. Yəni Xaliq bəy hərəkatın simvolu yox, vicdanlı, cəsarətli və aparıcı nə bilim, canım sizə desin, öndə gedən nümayəndələrindən biridir. Yaxşı, lap tutaq ki, Şahvələd bəy səhv edib qocaman jurnalistin xidmətlərini şişirdib, hə, nə olsun? Axı ay Arif bəy, bu şişirtmənin rejimlə mübarizəyə, onun üzərində qələbə çalmağa nə ziyanı ola bilər?
Şahvələd bəy vicdanlı şəxslərin qədrini bilən adamdır. Ona görə onlar haqqında söz deyəndə "doza"nı çox eləyə bilər. eçə illərdir hakimiyyətin mirzələri Azərbaycanın ləyaqətli müxalifət liderlərinə - İsa Qəmbərə, Əli Kərimliyə, imzasına toz qondurmayan cəsarətli jurnalistlərə - Qənimət Zahidə, Aqil Xəlilə, Elnur Astanbəyliyə, Qan Turalıya və s. qarşı ən iyrənc üsullarla qarayaxma aparır. Onların haqqında şayiələr uydurub min bir yalan danışır. İndi də tutaq ki, bir müxalifətçi jurnalist digər qələm dostu haqqında ürəyindən gələn sözləri deyib. Guya Xaliq Bahadır milli-azadlıq hərəkatının simvolu olmasa, ölkədə hər şey yaxşı olacaq. Gül-gülü çağıracaq, bülbül-bülbülü, Vaqif Səmədoğlu parlamentdə çıxış edib hakimiyyəti istefaya səsləyəcək, Aynur Camalqızı xalqı gerilya hərəkatına çağıracaq, Asim Mollazadə Azərbaycana düşmən kəsilən qurumlardan qrant almağı yığışdaracaq? Yaxud da əksinə. Yəni sözümün canı odur ki, bu tərifin ümumi işə, ümumi mübarizəyə heç bir ziyanı yoxdur.
Gələk ikinci məsələyə. Arif Hacılı birdən beyqafıl qəzəblənərək facebook-da Şahvələd Çobanoğluna bir sual ünvanlayıb: "Şahvələd bəy, mən Müsavat Partiyasının İcra Aparatının rəhbəri kimi sizdən soruşuram, siz Müsavat Partiyasının üzvüsünüzmü?" Heç sözdü?
Deməli, məsələ necə olub? 2003-cü ildə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan 15-16 oktyabr hadisələri zamanı Müsavat Partiyasından kütləvi qopmalar oldu. Gündə bir müxalifətçi hakimiyyət telekanalizasiyalarına çıxıb, partiya biletini cırır, mənim çox sevdiyim, hörmət bəslədiyim Müsavat başqanı İsa Qəmbər haqqında ağızlarına gələni danışırdılar. Seçkiqabağı mitinqlərdə bas-bas bağıran milli ziyanlılarımız mətbuata danışmaqdan boyun qaçırırdılar. Bu vaxt Şahvələd bəy, mətbuatda çıxış edib, Müsavata keçdiyini elan elədi. Bu addım o zaman üçün İsa Qəmbərə və Müsavata qarşı olan kampaniyalara etiraz məqsədi ilə atılmışdı və bir növ simvolik xarakter daşıyırdı. Bunun üçün mütləq gedib partiyaya ərizə verib qəbul olunması tələb edilmirdi. Ona qalsa, 5-6 il öncə Anarın iyrənc ədəbi siyasətinə etiraz olaraq bir neçə istedadlı qələm adamı AYB sıralarından istefa vermişdi və onların arasında bizim Elnur Astanbəyli də var idi. Amma o zamanlar Elnurun ərizəsinə heç baxmadılar da. Yəni dostumuz kağız üzərində hələ də AYB üzvüdür. İndi neyləyək deyirsiniz, durub Elnurun gənc və istedadlı şair kimi prezident təqaüdünə düşməsi üçün Anara müraciət edək?
Məncə, bütün bunları Arif Hacılı hamımızdan yaxşı bilir. Sadəcə olaraq, facebook-du də, yekə-yekə kişiləri işindən gücündən eləyir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SƏRBƏST bölümünün son 20 xəbəri:



#SƏRBƏST bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829