Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  12:11 09.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




2010-cu il iyulun 1-dən Azərbaycanda avtonəqliyyat vasitələrinə “Avro-2” ekoloji normaları tətbiq ediləcək

  Sayta qoyulub: 19:49 09.03.2010 (89 dəfə oxunub )

Azərbaycan Respublikasının Nazirlər Kabineti martın 6-da “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” Qərar qəbul edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Prezident İlham Əliyev Əli Həsənovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

  Sayta qoyulub: 19:42 09.03.2010 (82 dəfə oxunub )

Azərbaycan prezidenti İlham Əliyevin 9 mart 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, Əli Məhəmmədəli oğlu Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Elmar Məmmədyarov NATO Parlament Assambleyasının Siyasi Komitəsinin sədri Karl Lamersi qəbul edib

  Sayta qoyulub: 19:26 09.03.2010 (41 dəfə oxunub )

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Parlamentinin Müdafiə Komitəsinin sədr müavini, NATO Parlament Assambleyasının Siyasi Komitəsinin sədri Karl Lamersi qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüş zamanı Azərbaycanla Almaniya arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunmuş, əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Prezident İlham Əliyev İraqın ölkəmizdəki səfirini qəbul edib

  Sayta qoyulub: 16:41 09.03.2010 (50 dəfə oxunub )

Azərbaycan prezidenti İlham Əliyev İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlət başçısı Ərşad Ömər İsmayılın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb. İraqda parlament seçkisinin uğurla keçməsi münasibətilə təbriklərini çatdıran İlham Əliyev əlaqələrimizin növbəti mərhələdə də, daha fəal olacağına ümidvar olduğunu bildirib. Səfirə uğurlar arzulayan dövlət başçısı əminliklə qeyd edib ki, diplomat Azərbaycan və İraq xalqları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcəkdə də fəaliyyətini davam etdirəcək.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

"Muğan" iki min manat cərimə olundu

  Sayta qoyulub: 16:24 09.03.2010 (53 dəfə oxunub )

AFFA İntizam Komitəsinin bu gün iclası keçirilib. Qol.Az-ın məlumatına görə, iclasda AFFA-nın Lisenziyalaşma qrupuna təqdim edilməli olan idman meyarları üzrə müvafiq sənədləri iki gün gecikdirdiyi üçün Salyanın “Muğan” klubunun 2000 (iki min) manat cərimə olunması haqda qərar qəbul olunub.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

VHP də Amerikaya etiraz bəyanatı ünvanladı

  Sayta qoyulub: 16:04 09.03.2010 (46 dəfə oxunub )

2010-cu il martın 4-də Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr palatasının Xarici əlaqələr komitəsində qondarma «erməni soyqırımı» sənədinin qəbulu Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən kəskin pislənilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, VHP bu qərarın tarixi ədaləti bərpaya deyil, siyasi təzyiq vasitəsinə xidmət etdiyini bəyan edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Mərkəzi Bank ölkədə ipoteka bazarını aktivləşdirmək istəyir

  Sayta qoyulub: 15:59 09.03.2010 (143 dəfə oxunub )

Azərbaycan Mərkəzi Bankı «Yaşayış-Tikinti Bankları» haqqında qanun layihəsi üzərində çalışır. Bank ölkədə ipoteka bazarını aktivləşdirmək məqsədi ilə alman modelini tətbiq etməyi nəzərdən keçirir. Hazırda məsələ ilə bağlı maliyyə qurumları ilə danışıqlar aparılır.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

İran hakimiyyəti 17 qəzeti bağlayacağı ilə hədələyib

  Sayta qoyulub: 15:57 09.03.2010 (53 dəfə oxunub )

İran hakimiyyəti daha 17 qəzeti bağlayacağı ilə hədələyib. Səbəb kimi həmin qəzetlərin qanunu pozduqlarını göstərib. İranda iyun ayında keçirilmiş prezident seçkilərinin nəticələriylə bağlı kütləvi etiraz aksiyaları başlayandan sonra müxalifətin çıxışlarına yer ayıran bir neçə qəzet bağlanıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi dəmir yolunda sərnişin daşıma sisteminin təkmilləşdirilməsini təklif edir

  Sayta qoyulub: 15:51 09.03.2010 (144 dəfə oxunub )

Hər gün ictimai nəqliyyat dünyada yüz minlərlə sərnişinə mənzil başına çatmağa imkan yaradır. Bu zaman sərnişinlərin təhlükəsiz və rahat hərəkətinin təşkilinə çox böyük diqqət yetirilir. Məhz bu məqsədlə son illərdə bir çox ölkədə sərnişinlərin cinsindən asılı olaraq onların kupelərdə ayrı yerləşdirilməsi tətbiq edilir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

TQDK İngilis dili və Ədəbiyyat fənləri üzrə vəsaitlər çap edib

  Sayta qoyulub: 15:24 09.03.2010 (128 dəfə oxunub )

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarına hazırlaşan abituriyentlər və yuxarı sinif şagirdləri üçün İngilis dili və Ədəbiyyat fənləri üzrə vəsaitlər çap edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Azərbaycan gənclərini Avropa Şurasında Fərhad Hacıyev təmsil edəcək

  Sayta qoyulub: 15:19 09.03.2010 (72 dəfə oxunub )

Gənclər və idman Nazirlyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev Avropa Şurasının gənclərlə iş sahəsi üzrə hökumətlərarası Komitə Bürosunun üzvü seçilib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Qoran Lenmarker: "Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı çatıb"

  Sayta qoyulub: 15:02 09.03.2010 (48 dəfə oxunub )

"Düşünürəm ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı çatıb". Regiona səfəri çərçivəsində Tiflisdə olan ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker ANS TV-nin Gürcüstan bürosuna açıqlamasında belə deyib. Onun sözlərinə görə, problemin həlli üçün artıq baza mövcuddur.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Lalə Şövkət "Madam" ləqəbli "KQB" agenti" yazısına görə yenidən məhkəməyə üz tutdu

  Sayta qoyulub: 14:42 09.03.2010 (94 dəfə oxunub )

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva Ölkə" qəzetinə qarşı qaldırdığı iddia ərizəsi ilə yenidən Yasamal Rayon Məhkəməsinə müraciət edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ALP sədr əvəzi Əvəz Temirxan məlumat verib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Dövlət Sosial Müdafiə Fondunda pensiyaçı gimnast xanımlarla görüş keçirilib

  Sayta qoyulub: 14:27 09.03.2010 (81 dəfə oxunub )

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup pensiyaçı gimnast xanımlarla görüş keçirilib. Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, gimnast xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən Fondun sədri Səlim Müslümov onlara, cansağlığı, səadət və həmişə gözəllik arzulayıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ədalət Partiyası Türkiyəni ABŞ-la müttəfiqlik münasibətlərinə yenidən baxmağa çağırdı

  Sayta qoyulub: 14:14 09.03.2010 (76 dəfə oxunub )

Ədalət Partiyası ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma «erməni soyqırımı»nı tanımaq haqda qərarını pisləyən bəyanatla çıxış edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Azərbaycanda "Yeni Çıraq" Neft Layihəsinin icrasına rəsmən start verilib

  Sayta qoyulub: 14:04 09.03.2010 (64 dəfə oxunub )

Bu dəqiqələrdə "Əsrin müqaviləsi"nin səhmdarları və Azərbaycan hökuməti "Yeni Çıraq" neft layihəsinin aktiv fazasına start vermək üçün saziş imzalayır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, bundan sonra "Yeni Çıraq" layihəsinə uyğun dəniz qurğularının, yəni hasilat platforması üçün dayaq modulu və üst modulun inşası üçün tender prosedurları hazırlanacaq. Sonrakı mərhələdə isə yataqda ilkin hasilat quyularının qazılması və sualtı boru kəmərlərinin inşasına hazırlıq görüləcək.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Bu ilin fevral ayında 117 əcnəbi Azərbaycandan çıxarılıb

  Sayta qoyulub: 13:51 09.03.2010 (63 dəfə oxunub )

Cari ilin fevral ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4.334 müraciət daxil olub.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Bakıda Xəzəryanı ölkələrin XİN başçıları müavinlərinin görüşü keçiriləcək

  Sayta qoyulub: 13:22 09.03.2010 (65 dəfə oxunub )

Martın 11-12-də Bakıda Xəzəryanı ölkələrin XİN başçıları müavinlərinin növbəti görüşü keçiriləcək. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib ki, təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunduğu üçün görüşdə sərhəd, gömrük xidmətləri, FHN və DİN-in nümayəndələri iştirak edəcəklər.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Deputatlarımız AŞ PA-nın iclaslarında iştirak etmək üçün Fransaya səfər edəcək

  Sayta qoyulub: 13:20 09.03.2010 (59 dəfə oxunub )

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Aydın Abbasov 11-17 mart tarixlərində Fransaya səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, səfərdə məqsəd AŞ PA-nın Parisdə keçiriləcək Büro və komitə iclaslarında iştirak etməkdir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

AİDP ABŞ konqresinin qəbul etdiyi qətnaməni pislədi

  Sayta qoyulub: 13:10 09.03.2010 (68 dəfə oxunub )

Azərbaycan İslam Demokrat Partiyası (AİDP) ABŞ konqresinin nümayəndələr palatasında qondarma erməni soyqırımı ilə bağlı bir səs çoxluğu ilə qəbul olunan qətnaməni pisləyir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Hökumətin 2009-cu ilin yekunlarına dair hesabatı Milli Məclisə daxil olub

  Sayta qoyulub: 13:02 09.03.2010 (72 dəfə oxunub )

Azərbaycan hökumətinin - Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına dair hesabatı Milli Məclisə daxil olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə millət vəkillərindən biri məlumat verib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Prokurorluq orqanlarına işə qəbul olunmaq üçün müsahibə başlayıb

  Sayta qoyulub: 12:02 09.03.2010 (95 dəfə oxunub )

Martın 9-da «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə və Baş Prokurorluq üzrə müvafiq Qaydalara uyğun olaraq Azərbaycan Respublikası prokurorluq orqanlarına işə qəbul olunmaq üçün 80 ştat vahidi üzrə elan edilmiş müsabiqənin ikinci mərhələsindən keçən namizədlərlə müsahibə başlayıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Subyektiv siyahı Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Hamını susdurmaq cəhdi Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930