Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  12:11 09.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




Azərbaycan prezidenti İlham Əliyev Abdulla Gülə zəng edib

  Sayta qoyulub: 20:42 05.03.2010 (62 dəfə oxunub )

Martın 5-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülə zəng edib. Telefon söhbətində İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr palatasının xarici əlaqələr komitəsində qəbul edilmiş qərarla bağlı etirazını ifadə edib, qərarı pisləyib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

1 sayli yerli İqtisad Məhkəməsi “Mozalan”ın Mətbuat Şurasına qarşı iddiasını rədd etdi

  Sayta qoyulub: 18:28 05.03.2010 (99 dəfə oxunub )

Bu gün Bakı şəhər 1 saylı Yerli İqtisaq Məhkəməsində “Mozalan” jurnalının Azərbaycan Mətbuat Şurasına qarşı iddiası əsasında məhkəmə prosesi yekunlaşıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hakim Şərafət Məmmədovanın sədrliyi ilə keçirilən proses nəşrin Şuraya qarşı iddiasının təmin edilməməsi ilə yekunlaşıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Milli Məclis ABŞ Konqresinə etiraz bəyanatı qəbul etdi

  Sayta qoyulub: 18:24 05.03.2010 (58 dəfə oxunub )

Azərbaycan Respublikasının Milli Məclisi bu gün qondarma “erməni soyqırımı” layihəsinin ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsindən keçməsini pisləyən etiraz müraciəti qəbul edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

QAT hərbi təyyarənin qəzaya uğramasını səbəblərinin araşdırılmasını tələb edir

  Sayta qoyulub: 18:20 05.03.2010 (83 dəfə oxunub )

Qarabağ Azadlıq Təşkialtı (QAT) Azərbaycan Silahlı Qüvvələrinə məxsus SU-25 qırıcı təyyarəsinin qəzaya uğramasını həyəcan doğuracaq fakt kimi dəyərləndirir və qəzanın səbəblərinin araşdırılmasını tələb edir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Viktor Yanukoviç Moskvaya rəsmi səfər edib

  Sayta qoyulub: 18:12 05.03.2010 (48 dəfə oxunub )

Ukraynanın yeni prezidenti Viktor Yanukoviç Moskvaya rəsmi səfər edib. Kremldə Rusiya və Ukrayna prezidentləri arasında keçiriləcək danışıqlarda iki ölkə arasında münasibətlərə ümumi nəzər salınacaq.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Sərdar Cəlaloğlunun qardaşı oğlu Altay Məmmədovun və daha 5 nəfərin məhkəməsi başlayıb

  Sayta qoyulub: 18:04 05.03.2010 (73 dəfə oxunub )

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə ADP-nin sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu Altay Məmmədovun və daha 5 nəfərin məhkəməsi başlayıb. Məhkəmə iclasına hakim Rəşid Hüseynov sədrlik edir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Mehriban Əliyeva 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik etdi

  Sayta qoyulub: 18:00 05.03.2010 (115 dəfə oxunub )

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva martın 5-də Milli Məclisdə çıxış edərək 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə parlamentin xanım deputatlarını və bütün Azərbaycan qadınlarını təbrik edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ombudsman Elmira Süleymanova Eynulla Fətullayevlə görüşəcək

  Sayta qoyulub: 17:57 05.03.2010 (75 dəfə oxunub )

Ombudsman Elmira Süleymanova həbsdə olan jurnalist Eynulla Fətullayevlə yenidən görüşəcəyini deyir. Bildirir ki, buna səbəb son günlər həbsxanada olan jurnalistlə bağlı yayılan məlumatlardır.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

YAP “Nezavisimaya qazeta”da dərc olunmuş “Xocalı: həqiqət və uydurma” adlı məqaləsi ilə əlaqədar bu qəzetə etiraz məktubu göndərib

  Sayta qoyulub: 17:48 05.03.2010 (96 dəfə oxunub )

Yeni Azərbaycan Partiyası “Nezavisimaya qazeta”nın 05.03.2010-cu il tarixli sayında Sergey Zvyagin adlı müəllifin Xocalı soyqırımına həsr olunmuş “Xocalı: həqiqət və uydurma” adlı məqaləsi ilə əlaqədar qəzetə etiraz məktubu göndərmişdir. Məktubda qeyd olunur ki, müəllif heç bir ciddi araşdırma aparmadan Xocalı hadisələrində məsuliyyəti Azərbaycan tərəfinin üzərinə qoymağa çalışır və açıq-aşkar ermənilərin mövqeyindən çıxış edir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Müsavat Partiyası Türkiyəyə dəstək verdi

  Sayta qoyulub: 17:32 05.03.2010 (75 dəfə oxunub )

ABŞ Nümayəndələr Palatasının alt komitəsində qondarma erməni soyqırımının qəbul edilməsi qərb dünyasında, o cümlədən ABŞ-da dövlətlərarası münasibətlərə ikili standartlarla yanaşmanın təzahürüdür. Tarixçilərin və digər araşdırmaçı alimlərin işi olan bu məsələnin Konqresdə müzakirəsi bölgədəki proseslərə mənfi təsiri qaçılmazdır. Çünki xəstə təxəyyülün məhsulu olan uydurma soyqırım iddialarının bu dərəcədə şişirdilməsi regionun aparıcı dövləti olan Türkiyəyə qarşı haqsız təzyiq vasitəsindən başqa bir şey deyil.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi iki il əvvəl törədilmiş qətllə bağlı birgə məlumat yayıb

  Sayta qoyulub: 17:18 05.03.2010 (99 dəfə oxunub )

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi 2 il əvvəl qəsdən adam öldürməkdə təqsirli bilinən Yuri Belousovun həbs olunması barədə birgə məlumat yayıb. Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, həyata keçirilən birgə istintaq-əməliyyat tədbirləri nəticəsində 2008-ci ilin noyabrında Fərhad Quliyevi qəsdən öldürməkdə şübhəli bilinən Yuri Belousov bu il martın 3-də tutulub.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

AMİP qondarma “erməni soyqırımı” qətnaməsinin qəbul edilməsi ilə bağlı ABŞ-a etiraz edir

  Sayta qoyulub: 17:10 05.03.2010 (69 dəfə oxunub )

«ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” qətnaməsinin qəbul edilməsi Azərbaycan ictimaiyyəti tərəfindən olduqca sərt qarşılandı. Həmin Komitənin heç bir əsası olmayan, uydurma iddianı həqiqət kimi göstərmək cəhdi dünyada demokratiyanın beşiyi sayılan bu ölkəyə inamı sarsıdır».

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

  Sayta qoyulub: 17:01 05.03.2010 (72 dəfə oxunub )

Prezident İlham Əliyev 8 mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. Bu məqsədlə ölkə başçısı təbrik məktubu ünvanlayıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ümid Partiyası Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında piket keçirəcək

  Sayta qoyulub: 16:08 05.03.2010 (83 dəfə oxunub )

Ümid Partiyasının Rəyasət Heyyətinin növbəti toplantısı keçirilib. Partiyadan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda ölkədə baş verən ictimai-siyasi prosseslər, bu il keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı qərara alınıb ki, parlament seçkilərində iştirak məsələsi bazar günü partiyanın Ali Məclisinin toplantısında geniş müzakirə edilsin və qərar qəbul olunsun.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Fidan Hacıyeva: “Məqsədim Azərbaycanın istedadlı gənclərinin üzə çıxarmaqdır”

  Sayta qoyulub: 13:48 05.03.2010 (90 dəfə oxunub )

Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva martın 17-də solo-konsert proqramı ilə çıxış edəcək. Konsert və yaradıcılığındakı yeniliklərlə bağlı geniş məlumat vermək məqsədi ilə Fidan Hacıyeva bu gün mətbuat konfransı keçirib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Qüdrət Həsənquliyev: «Azərbaycan ABŞ-dakı səfirini geri çağırmalıdır»

  Sayta qoyulub: 13:35 05.03.2010 (64 dəfə oxunub )

Milli Məclisin bugünkü iclasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev yeni təkliflə çıxış edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Q.Həsənquliyev Azərbaycanın Amerikadakı səfirinin geri çağırılmasının məqsədəuyğun olduğunu vurğulayıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Aydın Bəşirov Dövlət Xəzər Gəmiçiliyinin 2009-cu il ərzində istehsalat-maliyyə hesabatını açıqladı

  Sayta qoyulub: 13:32 05.03.2010 (97 dəfə oxunub )

Bu gün Dövlət Xəzər Gəmiçiliyinin rəisi Aydın Bəşirov rəhbərlik etdiyi qurumun 2009-cu il ərzində istehsalat-maliyyə fəaliyyəti haqqında mətbuat konfransı keçirib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Elmira Süleymanova daha 7 il Ombudsman vəzifəsini icra edəcək

  Sayta qoyulub: 13:21 05.03.2010 (77 dəfə oxunub )

Milli Məclis yeni Ombudsmanın seçilməsi məsələsinə baxıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda komitə sədri Rəbiyyət Aslanova çıxış edərək Konstitusiyanın 109-cu maddəsinin 14-cü bəndini rəhbər tutaraq prezident İlham Əliyev tərəfindən Azərbaycanın Ombudsmanının seçilməsi üçün MM-ə namizədlərin siyahısı təqdim edildiyini bildirib..

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Milli Məclisdə deputatlar Amerikaya qarşı çıxdılar

  Sayta qoyulub: 12:58 05.03.2010 (83 dəfə oxunub )

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri ABŞ Konqresi Xarici əlaqələr komitəsində qəbul olunan “Erməni soyqırımı” layihəsi ilə bağlı mövqelərini bildiriblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputatlar Amerikaya etiraz ediblər.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

2010/2011-ci tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul qaydaları nəşr olunub

  Sayta qoyulub: 12:41 05.03.2010 (97 dəfə oxunub )

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası «Magistr» xüsusi buraxılışının 1-ci sayında 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublika¬sı ali məktəblərinin magistraturalarına qəbul qaydalarını dərc edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Milli Məclisin növbəti iclası başlayıb

  Sayta qoyulub: 12:35 05.03.2010 (67 dəfə oxunub )

Milli Məclisin növbəti iclası başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclası açan spiker Oqtay Əsədov öncə bütün qadın millət vəkillərini, Milli Məclisin xanım əməkdaşlarını, eyni zamanda parlamentin xanım jurnalistlərini 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Azərbaycanda əmək pensiyası alanların 60,6 faizi qadınlar, 39,4 faizi kişilərdir

  Sayta qoyulub: 12:11 05.03.2010 (70 dəfə oxunub )

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, Azərbaycanda əmək pensiyaçılarının 60,6 faizini qadınlar, 39,4 faizini kişilər təşkil edir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Türkiyə ABŞ Nümayəndələr Palatasının Komitəsinin qərarını pisləyib

  Sayta qoyulub: 12:03 05.03.2010 (67 dəfə oxunub )

Türkiyə hökuməti ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “erməni soyqırımı” ilə bağlı qanun layihəsini pisləyib. Türkiyə Nazilər Kabinetinin açıqlamasında deyilir: “Türkiyə ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsi tərəfindən bu gün qəbul edilən qanun layihəsini üzüntü ilə qarşılayıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

ETSN çöl quşlarının qanunsuz ovlanmasına qarşı reydlər keçirib

  Sayta qoyulub: 12:01 05.03.2010 (66 dəfə oxunub )

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları İmişli, Biləsuvar və Lənkəran rayonlarının magistral yol kənarlarında, eləcə də yerli bazarlarında qanunsuz yolla əldə edilmiş çöl quşlarının satılması hallarının qarşısının alınması məqsədilə reyd keçiriblər.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Qızıl Aypara Cəmiyyətinin əməkdaşları mükafatlandırıldı

  Sayta qoyulub: 03:18 05.03.2010 (75 dəfə oxunub )

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 mart 2010-cu il tarixli sərəncamı ilə respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xüsusi xidmətlərinə görə Novruzəli Davud oğlu Aslanov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Canəli Əkbərov muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib

  Sayta qoyulub: 03:14 05.03.2010 (117 dəfə oxunub )

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 mart 2010-cu il tarixli sərəncamı ilə muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə Canəli Xanəli oğlu Əkbərov “Şərəf” ordeni ilə təltif edilib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

ABŞ Nümayəndələr Palatasının Komitəsi “erməni soyqırımı”nı tanıdı

  Sayta qoyulub: 03:00 05.03.2010 (72 dəfə oxunub )

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin səsverməsi başa çatdı. Qanun layihəsinin əleyhin 22, lehinə isə 23 nəfər səs verib. Beləliklə ABŞ Nümayəndələr Palatasının Komitəsi “erməni soyqırımı”nı tanıdı.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Prezident İlham Əliyev Qaradağ, Qəbələ rayonlarının və Lənkəran şəhərinin icra başçılarını dəyişdi

  Sayta qoyulub: 02:56 05.03.2010 (215 dəfə oxunub )

Prezident İlham Əliyevin sərəncamına əsasən Hüseyn İsrafil oğlu İsrafilov Bakı şəhəri Qaradağ rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və onun yerinə Süleyman Surxay oğlu Mikayılov təyin edilib.
Prezidentin digər sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Lənkəran şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu vəzifəyə Tofiq Hüseyn oğlu İbrahimov təyin olunub.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Subyektiv siyahı Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Hamını susdurmaq cəhdi Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930