Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  17:13 07.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




“Borçalı” Cəmiyyəti professor Valeh Hacıları anım mərasimi keçirib

  Sayta qoyulub: 19:07 03.03.2010 (117 dəfə oxunub )

3 Mart 2010-cu il tarixdə “Borçalı” Cəmiyyətinin mərkəzi ofisində görkəmli alim Gürcüstan ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Valeh Hacıların vəfatının 40-ıncı günü münasibətilə anım mərasimi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə Borçalının və Azərbaycanın alim və ziyalıları iştirak ediblər. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Valeh Hacıların həyat yolu haqqında qısa məruzə edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əflatun Amaşov Xəbər Ombudsmanları Birliyinin nümayəndəsilə görüşdü

  Sayta qoyulub: 18:54 03.03.2010 (85 dəfə oxunub )

Bu gün Sosial İnformasiya Agentliyinin və Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının dəvəti ilə Azərbaycanda səfərdə olan Xəbər Ombudsmanları Birliyi beynəlxalq təşkilatının nümayəndəsi C.B.Hanif Azərbaycan Mətbuat Şurasında olub.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

İlham Əliyev Danimarkanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

  Sayta qoyulub: 18:44 03.03.2010 (61 dəfə oxunub )

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelsenin etimadnaməsini qəbul edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğradı

  Sayta qoyulub: 18:18 03.03.2010 (134 dəfə oxunub )

Azərbaycanın Tovuz rayonunun Aşağı Ayıblı kəndində qırıcı təyyarə qəzaya uğrayıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün saat 17.00 radələrində Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı SU 25 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. Hadisənin səbəbini Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılmış birgə komissiya araşdırır.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Yuliya Timoşenkonu istefaya göndərdilər

  Sayta qoyulub: 17:25 03.03.2010 (67 dəfə oxunub )

Ukrayna parlamenti baş nazir Yuliya Timoşenkonu istefaya göndərdi. Ukrayna elektron KIV-lərinin yaydığı xəbərə görə, bu barədə Ali Radanın bugünkü iclasında qərar qəbul olunub. Deputatlar bu qərarı yekdil səslə dəstəkləyib. İclasda iştirak edən 404 deputatdan 243-ü qərara “hə” deyib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Artur Rasizadə Rusiya baş nazirinin müavinini qəbul edib

  Sayta qoyulub: 17:20 03.03.2010 (57 dəfə oxunub )

Azərbaycanın baş naziri Artur Rasizadə Rusiya hökumət başçısının birinci müavini və RF-nin MDB məsələləri üzrə milli əlaqələndiricisi İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə MDB çərçivəsində inteqrasiya proseslərinin fəallaşdırılması məsələləri müzakirə olunub.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

“Unibank” Lənkəranda filial açıb

  Sayta qoyulub: 17:01 03.03.2010 (110 dəfə oxunub )

“Unibank” Kommersiya Bankı” ASC mart ayının 3-də Lənkəran rayonunda yeni regional filial açıb. Filialın açılışı mərasimində Bankın İdarə Heyətinin Sədri Faiq Hüseynov, Lənkəran rayonu İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, regionun işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ramal Hüseynov baş məşqçiləri Böyükağa Hacıyevlə dalaşıb

  Sayta qoyulub: 16:49 03.03.2010 (100 dəfə oxunub )

«Standard»ın yarımmüdafiəçisi Ramal Hüseynov dünən «Xəzər Lənkəran» a qarşı keçirilən oyundan sonra baş məşqçiləri Böyükağa Hacıyevlə əlbəyaxa olmaları barədə xəbərləri təsdiqləyib. Qol.Az-ın müxbiri ilə söhbətində R.Hüseynov bu məsələni şişirtməyə ehtiyac olmadığını da vurğulayıb: «Bu, böyük bir məsələ deyil. Məşqçiylə futbolçu arasında belə hallar yaşana bilər. Sonradan məşqçiylə danışdıq və aramızdakı problemi həll etdik».

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Emin Milli və Adnan Hacızadənin məhkəməsi martın 10-na təxirə salınıb

  Sayta qoyulub: 16:41 03.03.2010 (64 dəfə oxunub )

Bloqqerlərin məhkəməsi martın 10-u saat 11-ə təxirə salınıb. Buna səbəb onların vəkillərinin hazırlaşmaq üçün məhkəmədən vaxt istəmələri olub. Martın 3-də gün gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin apelyasiya şikayətinə baxılacaq.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Elmar Məmmədyarov Niderland Krallığının Xarici İşlər Nazirliyinin baş katibi ilə görüşüb

  Sayta qoyulub: 16:41 03.03.2010 (74 dəfə oxunub )

Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburq qəbul edib. XİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən E.Kronenburq Niderland-Azərbaycan münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirmiş, Niderlandın ölkəmizdə səfirlik açdığını və bu amilin iki ölkə arasındakı əlaqələrin daha da intensivləşməsinə təkan verəcəyini qeyd edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Azərbaycanın elmi diasporunun portalı yaradılıb

  Sayta qoyulub: 16:10 03.03.2010 (93 dəfə oxunub )

Bu gün Bakıda Azərbaycanın elmi diasporuna həsr olunmuş internet-portalın təqdimat mərasimi keçirilib. Hələlik www.elmidiaspora.internet.az ünvanında yerləşən resurs Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər (AKTAM) qeyri-hökumət təşkilatı tərəfindən bir sıra dövlət strukturlarının dəstəyi ilə hazırlanıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Murad Arif "Eurovision" mahnılarından narazı qaldı

  Sayta qoyulub: 15:45 03.03.2010 (122 dəfə oxunub )

"Eurovision-2010" mahnı müsabiqəsi üçün dünən "Buta Palace"da keçirilən milli finalda iştirakçıların səsləndirdiyi mahnılar demək olar ki, tamaşaçıları qane etmədi. Milli final mərhələsini canlı və televiziya vasitəsilə izləyən tamaşaçılar mahnılarda millilik olmadığını bildirirlər.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

ABŞ şirkətləri Konqresə xəbərdarlıq etdilər

  Sayta qoyulub: 15:40 03.03.2010 (63 dəfə oxunub )

ABŞ-da müdafiə, hava və kosmos sənayesi sahəsində öndə gedən şirkətlər Konqresdə qondarma erməni soyqırımı qətnaməsinin müzakirəsi ilə bağlı xəbərdarlıq ediblər. "Lockheed Martın", "Boeing", "Raytheon", "United Technologies" və "Northrop Grunman" şirkətlərinin rəhbərləri 26 fevral tarixində ABŞ Nümayəndələr Palatasının Xarici Münasibərlər Komitəsinin sədri Hovard Berman ortaq məktub göndiblər. Məktubda bildirilib ki, bu qanunun komitədən keçməsi Türkiyə-Amerika əlaqələrində çat yaradacaq və amerikalıların fəaliyyətlərini riskə atacaq.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

ARDNŞ prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın enerji nazirini qəbul edib

  Sayta qoyulub: 15:28 03.03.2010 (72 dəfə oxunub )

Bu gün Azərbaycan Dövlət Nefti Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Böyük Britaniyanın enerji naziri Lord Huntun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

“flydubai” Körfəz ölkələrindəki çatma məntəqələrinin sayını iki dəfə artıraraq dördə çatdırdı

  Sayta qoyulub: 15:21 03.03.2010 (145 dəfə oxunub )

Dubayın ilk qənaətli aviaşirkəti olan “flydubai” şirkəti Körfəz Ölkələri Şurasını əhatə edən marşrutları əlaqələndirəcəyini bəyan edib. Bu isə 2010-cu ilin “flydubai” şirkəti üçün çatma məntəqələri haqda elanlarla zəngin olacağı deməkdir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Yunan-Roma güləşçilərimiz növbəti beynəlxalq sınaqda

  Sayta qoyulub: 15:16 03.03.2010 (84 dəfə oxunub )

Martın 06-07-də yunan-Roma güləşi üzrə komandamız Macarıstanda Qızıl-qran Pri turnirində iştirak edəcək. Baş məşqçi Elçin Cəfərovun və məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirə yollanacaq komandamızın heyəti artıq müəyyənləşib. Yığmamızı turnirdə Orxan Əhmədov, Rövşən Bayramov (hər ikisi 55 kq), Vitaliy Rəhimov, Həsən Əliyev (hər ikisi 60 kq), Fərid Mansurov (66 kq), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (84 kq) təmsil edəcək. Hakimlər Kollegiyasının üzvü İntiqam Alıyev hakim kimi görüşləri idarə edəcək.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

SAMF reklamların yazılışında dövlət dilinin monitorinqini aparıb

  Sayta qoyulub: 15:05 03.03.2010 (132 dəfə oxunub )

Söz Azadlığını Müdafiə Fondu (SAMF) reklamlarda, xidmət obyektlərində, o cümlədən media qurumlarında Azərbaycan dilinin qorunması ilə bağlı monitorinqlərə start verib. İlk tədbir kimi reklam lövhələrinin yazılışı zamanı 30 sentyabr 2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə necə əməl olunmasını aydınlaşdırmaq istiqamətində monitorinqlərə başlanılıb. Fond yaxın vaxtlarda isə media qurumlarında analoji durumla bağlı ölkə ziyalılarının, mütəxəssislərin, əlaqədar dövlət qurumları təmsilçilərinin, dilçi alimlərin iştirakı ilə geniş müzakirələrə və tədbirlərə başlayacaq.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Rəbiyyət Aslanovadan ATƏT-in ünvanına sərt tənqid

  Sayta qoyulub: 14:54 03.03.2010 (84 dəfə oxunub )

“Bu gün ATƏT-in təhlükəsizlik mühiti yoxdur. Bu məkan heç də düşünüldüyü kimi sabitlik məkanı deyil. Bu məkan artıq təhlükəsizlik və əməkdaşlıq məkanı çərçivəsindən çox kənara çıxıb və çıxmaqdadır”.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

«Ailə həkimi haqqında» qanun layihəsi qəbul olunduqdan sonra əhaliyə tibbi xidmətin keyfiyyəti yüksələcək

  Sayta qoyulub: 14:47 03.03.2010 (82 dəfə oxunub )

Milli Məclisdə «Ailə həkimi haqqında» qanun layihəsi hazırlanır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Bakıda ər arvadı ilə dalaşdı, sonra baltaladı

  Sayta qoyulub: 14:44 03.03.2010 (74 dəfə oxunub )

Martın 2-də saat 15.00 radələrində Əzizbəyov rayonu Qala qəsəbəsindəki yeni yaşayış sahəsində yaşayan Saday Gülmalıyev evində, münaqişə zəminində arvadı Aybənizə balta ilə başından xəsarət yetirib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Bu gün "İlin Adamı" mükafatı Polad Bülbüloğluna təqdim olunacaq

  Sayta qoyulub: 14:41 03.03.2010 (69 dəfə oxunub )

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu dövlətimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə,

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

ETSN Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb

  Sayta qoyulub: 14:38 03.03.2010 (79 dəfə oxunub )

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Bələdiyyələrin Milli Məclisdə hesabatı haqqında qanun layihəsi hazırlanır

  Sayta qoyulub: 14:31 03.03.2010 (71 dəfə oxunub )

Bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsi ilə bağlı qanun layihəsi hazırlanır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə YAP-ın rəsmi saytına Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Avropa İttifaqının sədri müxalifət liderləri ilə görüşüb

  Sayta qoyulub: 14:17 03.03.2010 (101 dəfə oxunub )

Azərbaycanda səfərdə olan Avropa İttifaqının fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos bu günlərdə bir sıra partiya və ictimai qurumların rəhbərlərilə görüşüb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

DİN və Prokurorluq Sumqayıtdakı qətllə bağlı məlumat verənə 10 min manat mükafat verəcək

  Sayta qoyulub: 14:05 03.03.2010 (92 dəfə oxunub )

Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu bu il fevralın 20-də saat 07.30 radələrində Sumqayıt şəhərində baş verən qətllə bağlı birgə məlumat yayıb. DİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, naməlum şəxs “Makarov» tipli tapançadan atəş açaraq valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi qətlə yetirib, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

ADP evləri sökülən vətəndaşların hüquqlarının təmin olunmasını tələb edir

  Sayta qoyulub: 14:01 03.03.2010 (66 dəfə oxunub )

Azərbaycan Demokrat Partiyası (ADP) mənzili sökülən Bakı sakinlərinin müdafiəsinə qalxıb. ADP sədrinin birinci müavini Həsrət Rüstəmov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Bakının mərkəzində mənzillərinin sökülməsi müqabilində normal kompensasiya ala bilmədiklərinə görə narazı olan vətəndaşların problemi ilə əlaqədar partiyanın mövqeyini açıqlayıb:

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

«Qaradağ-Sement» uşaqların hamisidir

  Sayta qoyulub: 13:37 03.03.2010 (185 dəfə oxunub )

Azərbaycanda uşaq hüquqları müxtəlif qanunvericilik aktları ilə qorunur. Azərbaycan Respublikası müstəqilliyinin ilk ilindən Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub. Dövlətin uşaqlara qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilmişdir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Azərbaycanı “Eurovision - 2010"da Səfurə Əlizadə təmsil edəcək

  Sayta qoyulub: 12:35 03.03.2010 (131 dəfə oxunub )

Martın 2-də Bakıdakı "Buta Palace" sarayında Azərbaycanın “Eurovision - 2010" mahnı müsabiqəsindəki ifaçısının seçilməsi üçün milli final konserti keçirilib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Yarımçıqlar Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Azərbaycan mənzərələri - 2 Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930