Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  12:11 09.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




Sabah Bakının 6 rayonunda 13169 şagird test imtahanı verəcək

  Sayta qoyulub: 21:47 02.03.2010 (65 dəfə oxunub )

Sabah Bakının 6 rayonunun (Yasamal, Səbail, Qaradağ, Nəsimi, Binəqədi, Nizami) 144 məktəbində 13169 şagirdin iştirakı ilə növbəti test imtahanı keçiriləcək. Mart ayının 4 - də isə Sabunçu, Suraxanı, Xətai və Əzizbəyov rayonları üzrə test aparılacaq. 601 sinifdə keçiriləcək yoxlama üçün hər sinfə 1 nəzarətçi müəllim cəlb olunacaq.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Prezident İlham Əliyev AXP prezidenti Vilfred Martinsi qəbul edib

  Sayta qoyulub: 21:42 02.03.2010 (62 dəfə oxunub )

Prezident İlham Əliyev bu gün Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul edib. Görüşdə Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Azərbaycanlı qadın Türkiyədə qadın alverinə görə tutuldu

  Sayta qoyulub: 19:32 02.03.2010 (105 dəfə oxunub )

Türkiyənin Nevşehir şəhərinin polisləri qadın alveri ilə məşğul olanları saxlayıb. Müstəqil İnformasiya Agentliyi Türkiyənin haber50.com saytına istinadən xəbər verir ki, polis Nevşehir şəhərindən Alacaşar qəsəbəsinə gedən yolda reyd zamanı bir avtomobil saxlayıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Məmmədyarov Filippin, İrlandiyanın Azərbaycana yeni təyin olunmuş səfirlərini qəbul edib

  Sayta qoyulub: 19:06 02.03.2010 (56 dəfə oxunub )

Xarici İşlər naziri Elmar Məmmədyarov iqamətgahı Ankarada yerləşən Filippin Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O.Çanı qəbul edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

KİV-ə Dövlət Dəstəyi Fonduna 47 layihə, 49 yazı təqdim olunub

  Sayta qoyulub: 18:11 02.03.2010 (76 dəfə oxunub )

Prezident yaninda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibəti ilə keçirdiyi jurnalist yazıları və KİV-lərin, eləcə də jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsiylə bağlı müsabiqələrinin müddəti martın 1-də başa çatıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Elmar Məmmədyarov Avropa Xalqları Partiyasının prezidentini qəbul edib

  Sayta qoyulub: 17:52 02.03.2010 (66 dəfə oxunub )

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Xalq Partiyasının (European People’s Party - EPP) Prezidenti Vilfred Martensi qəbul edib. Müstəqil İnformasiya Agentliyinin görüş zamanı E.Məmmədyarov Azərbaycanda və regionda cərəyan edən proseslər barəsində qonağa ətraflı məlumat verib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Elçin Mirzəbəyli: "İran hakimiyyəti Azərbaycana yaxın qonşuluq münasibəti sərgiləmir"

  Sayta qoyulub: 17:33 02.03.2010 (85 dəfə oxunub )

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İranın rəsmi dövlət teleradio birliyinə (İRİB) daxil olan və yalnız ölkədən xaricə yayımlanan “Səhər-2” telekanallar şəbəkəsinin Azərbaycana qarşı qərəzli təbliğatına etiraz edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

İlham Əliyev Fransa Prezidentinə başsağlığı məktubu göndərib

  Sayta qoyulub: 17:23 02.03.2010 (57 dəfə oxunub )

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Prezidenti Nikola Sarkoziyə başsağlığı məktubu göndərib. Məktubda “ölkənizdə baş vermiş “Ksintiya” qasırğası nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”,- deyə qeyd olunub.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

“Nur” Uşaq və Gənclər İctimai Birliyi 10 ilini arxada qoydu

  Sayta qoyulub: 17:20 02.03.2010 (86 dəfə oxunub )

Bu gün “Nur” Uşaq və Gənclər İctimai Birliyinin 10 illiyi münasibəti ilə tədbir keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradovaçıxış edərək qeyd edib ki, bu illər ərzində çox uğurlar və nailiyyətlər əldə ediblər.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əli Abbasov İKT-nın Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin İcraiyyə Komitəsinin 27-ci görüşündə iştirak edib

  Sayta qoyulub: 16:43 02.03.2010 (72 dəfə oxunub )

Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 27-ci görüşündə iştirak etmək üçün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində səfərdə olub.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

“Barselona”nın prezidenti İspaniyaya meydan oxudu

  Sayta qoyulub: 16:23 02.03.2010 (86 dəfə oxunub )

İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta siyasi fəaliyyətə başlamaq fikrindədir. Bunun üçün Xuan Laporta artıq ilk addımını da atıb. O, “www.laporta1010.cat” adlı şəxsi saytını da yaradıb. “Vətənimə xidmət etməyin vaxtı gəlib çatıb. Mən gərək cəsarətli addımlar ataraq ölkəmin müstəqil olmasına nail olmalıyam”-deyə Xuan Laporta bildirib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Gəncə dindarları mitinq keçirib, prezidentə təşəkkür ediblər

  Sayta qoyulub: 15:28 02.03.2010 (83 dəfə oxunub )

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki «İmamzadə» kompleksinin bərpasi ilə əlaqədar tədbirlər haqqinda prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan «İmamzadə» kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat məbləğində vəsait ayrılacaq.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Milli Məclis martın 5-də ombudsmanın seçilməsi məsələsinə baxacaq

  Sayta qoyulub: 15:21 02.03.2010 (117 dəfə oxunub )

Milli Məclisinin növbəti iclası martın 5-də keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, iclasının gündəliyinə 13 məsələ daxildir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ermənistan Madrid prinsiplərinin yenilənmiş variantına dair təkliflərini təqdim edib

  Sayta qoyulub: 15:08 02.03.2010 (83 dəfə oxunub )

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Madrid prinsiplərinin yenilənmiş variantına dair təkliflərini vasitəçilərə təqdim edib. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda səfərdə olan Avropa Birliyinə sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosla keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əli Əhmədov Avropa Xalqları Partiyasının prezidentini qəbul edib

  Sayta qoyulub: 14:51 02.03.2010 (70 dəfə oxunub )

Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov martın 2–də Avropa Xalqları Partiyasının prezidenti Vilfred Martinsin rəhbərlik etdiyi nümayəndə heyətini partiyanın mənzil qərargahında qəbul edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Mərkəzi Bankın valyuta ehtiyatı 65 milyon dollar azalıb

  Sayta qoyulub: 14:37 02.03.2010 (76 dəfə oxunub )

Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 1,3% azalaraq 5 milyard 74 milyon 500 min ABŞ dollarına düşüb. “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bir ay ərzində Bankın valyuta ehtiyatı 65 milyon dollar azalıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Rusiya baş nazirinin birinci müavini bu gün Azərbəycana gəlir

  Sayta qoyulub: 14:35 02.03.2010 (68 dəfə oxunub )

Bu gün Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov Azərbaycana səfər edəcək. Sabah Şuvalovun prezident İlham Əliyev, baş nazir Artur Rasizadə və baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşləri nəzərdə tutulur.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Avropanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq imkanları artır

  Sayta qoyulub: 14:09 02.03.2010 (82 dəfə oxunub )

Almaniya, Fransa, İsveç, Finlandiya və Polşada fəaliyyət göstərən bir sıra nüfuzlu ali məktəblər Azərbaycanlı tələbələrin həmin ölkələrdə təhsil alması üçün yeni imkanlar yaratmağa başlamışdır. Belə ki, həmin ali məktəblər Azərbaycanda yerli QHT olan Gənclər üçün Təhsil Mərkəzinə birgə proqramların təşkili üçün müraciət edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

ADP Elmar Hüseynovun qatillərinin tapılmasını tələb edir

  Sayta qoyulub: 14:04 02.03.2010 (76 dəfə oxunub )

Mərhum jurnalist Elmar Hüseynovun qətlə yetirilməsindən 5 il keçdi. Bu qanlı olayın baş vermə səbəbləri və bu günə qədər cinayətkarın tapılıb cəzalandırılmaması məsələsi ilə əlaqədar ADP sədrinin ictimai əlaqələr və mətbuat üzrə müavini Nurəddin İsmayıl MİA-ya açıqlama verib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

İbrahim Tatlısəs “Balyoz” planı ilə əlaqədar polis tərəfindən saxlanılıb

  Sayta qoyulub: 14:02 02.03.2010 (90 dəfə oxunub )

Bu gün Özbəkistanın paytaxı Daşkənddə konsert verməsi gözlənilən İbrahim Tatlısəsin özbək pərəstişkarları məyus olublar. İbrahim Tatlısəsin Daşkənd konserti məlum olmayan səbəblərdən gözlənilmədən təxirə salınıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ata namus üstündə qızının başını kəsdi

  Sayta qoyulub: 13:57 02.03.2010 (123 dəfə oxunub )

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. Bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Hadisə martın 1-i baş verib. Gürcüstan vətəndaşı, 60 yaşlı Moyli Tanrıverdi oğlu Məmmədov Bakıda yaşayan qızı, 36 yaşlı Rahilə Ənsorovanın 7-ci MKR-dakı evinə qonaq gəlib. Təxminən saat 21:00 radələrində Gürcüstana qayıtmalı olduğunu bildirərək qızının onu ötürməsini istəyib. Mənzildən bir az aralıda yerləşən Hacıyev küçəsindəki maşın qarajlarının yanına çatanda üzərində olan bıçaqla qızının boğazının ön nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət yetirib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ramiz Rzayev: "Ötən il 14 min 496 nəfər müxtəlif cəzalara məhkum edilib, 21 nəfərə isə bəraət verilib"

  Sayta qoyulub: 13:52 02.03.2010 (113 dəfə oxunub )

Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gün mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ötən ilin yekunlarından danışan R.Rzayev 2009-cu ildə Azərbaycan məhkəmələrində 96 min 129 işə baxıldığını qeyd edib. Ali Məhkəmə sədrinin sözlərinə görə, Azərbaycan məhkəmələrində baxılan işlərdən 75 min 269-u mülki iş olub. Hesabat dövründə 14 min cinayət və hərbi işlərə baxılıb. Nəticədə 14 min 496 nəfər müxtəlif cəzalara məhkum edilib, 21 nəfərə isə bəraət verilib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Səfər Əbiyev Yunanıstan və Şimali Koreya səfirlərini qəbul edib

  Sayta qoyulub: 13:46 02.03.2010 (76 dəfə oxunub )

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev martın 2-də Yunanıstan və Cənubi Koreya respublikalarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri İoannis Metaksas və Li Çihanı qəbul edib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Prezident «İmamzadə» ziyarətgahına 3 milyon manat ayırıb

  Sayta qoyulub: 13:09 02.03.2010 (65 dəfə oxunub )

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki «İmamzadə» kompleksinin bərpasi ilə əlaqədar tədbirlər haqqinda prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan «İmamzadə» kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat məbləğində vəsait ayrılsın.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyi pozanları cərimələyib

  Sayta qoyulub: 11:21 02.03.2010 (290 dəfə oxunub )

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 1-15 fevral tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Bu gün Azərbaycanın “Eurovision-2010”dakı təmsilçisi bəlli olacaq

  Sayta qoyulub: 11:07 02.03.2010 (108 dəfə oxunub )

Bu gün saat 19.30-da “Buta Palace” sarayında Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil etmək şansı qazanmış üç namizəd – Səfurə Əlizadə, Məryəm Şabanova və “Milk&Kisses” qrupunun iştirakı ilə milli final konserti keçiriləcək.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Bu gün Elmar Hüseynovun qətlinin beşinci ildönümüdür

  Sayta qoyulub: 11:03 02.03.2010 (70 dəfə oxunub )

Bu gün “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun vəfatından 5 il ötür. Elmar Hüseynov 2 mart 2005-ci ildə yaşadığı evin yaxınlığında muzdlu qatil tərəfindən qətlə yetirilib.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Müsavat Rəsulzadə-Elçibəy ideyasına sadiq olan partiyaları birliyə çağırıb

  Sayta qoyulub: 09:07 02.03.2010 (97 dəfə oxunub )

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə gərə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Toplantının əvvəlində İkram İsrafil Milli Məclisin nümayəndə heyəti tərkibində iştirak etdiyi Budapeştdə keçirilmiş beynəlxalq konfrans haqqında məlumat verdi. Arif Hacılı, Qubad İbadoğlu və Tofiq Yaqublunun Azadlıq Naminə Fridrix Nauman Fondunun Tiflisdə keçirilmiş tədbirində iştirakları haqqında məlumatları dinlənildi.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Subyektiv siyahı Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Hamını susdurmaq cəhdi Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930